AZƏRBAYCAN - SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI

1.1 İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci il tarixində tanımışdır.

İki ölkə arasında diplomatik əlaqələr 24 fevral 1992-ci il tarixində qurulmuşdur.

1994-cü ilin aprel ayında Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi fəaliyyətə başlamışdır.

1999-cu ilin iyun ayında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.

1.2 İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında imzalanmış sənədlər

  1. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Saziş.(Ciddə şəhəri, 10 iyul 1994-cü il)
  2. Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş.(Ər-Riyad şəhəri, 12 fevral 2001-ci il)
  3. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Hökumət səviyyəsində Müştərək Komissiyanın Birinci iclasının Protokolu. (Bakı şəhəri, 21 fevral 2001-ci il)
  4. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Hökumət səviyyəsində Müştərək Komissiyanın İkinci iclasının Protokolu.(Ər-Riyad şəhəri, 15 fevral 2004-cü il)
  5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu.(Ər-Riyad şəhəri, 04 yanvar 2005-ci il)
  6. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. (Ər-Riyad şəhəri, 09 mart 2005-ci il)
  7. Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Kredit Saziş (Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsi).(Ər-Riyad şəhəri, 09 mart 2005-ci il)
  8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Memorandum.(Bakı şəhəri, 15 yanvar 2007-ci il)
  9. Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə Kredit Sazişi.(Bakı şəhəri, 20 noyabr 2009-cu il)
  10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Mədinə şəhəri, 12 mart 2013-cü il)
  11. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının  Üçüncü iclasının Protokolu ( Bakı şəhəri, 11 dekabr 2013-cü il)
  12. “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş” (Ər-Riyad şəhəri, 13 may 2014-cü il)
  13. “Azərtac Dövlət Teleqraf Agentliyi və Səudiyyə Press Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Memorandum”(Bakı şəhəri 30 may 2014-cü il)
  14.  “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsi (Ciddə şəhəri, 07 iyul 2015-ci il)

 Əsas yüksək səviyyəli səfərlər və görüşlər

(son üç il ərzində)

02-03 mart 2012-ci il tarixlərində Səudiyyə Ərəbistanının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Saleh bin Abdullah Əl-Racihi Azərbaycana səfər etmişdir.

01-04 aprel 2012-ci il tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 2012-ci ilin Həcc mövsümü ilə əlaqədar təşkilatı məsələləri həll etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olmuş, SƏK-in həcc naziri Bəndər bin Məhəmməd və İƏT-in sədri Ekmələddin İhsanoğlu ilə görüşlər keçirmişdir.

01 may 2012-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz Elm və Texnologiya Şəhərciyinin elmi layihələr üzrə direktoru Süleyman Məhəmməd Əl-Fadil Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

04-08 may 2012-ci il tarixlərində AR Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasının (parlament) sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Şeyxin dəvəti ilə Krallıqda rəsmi səfərdə olmuşdur.

02-04 iyun 2012-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybir Əs-Səvvatın dəvəti ilə Krallıqda rəsmi səfərdə olmuşdur.

09-10 iyun 2012-ci il tarixlərində Ər-Riyadda Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan formatında keçirilmiş əlaqələndirici görüşdə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev və Azərbaycanda İxracın Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Anar Hüseynov iştirak etmişlər.

12 iyun 2012-ci il tarixində Bakıda Səudiyyə Ərəbistanı Krallığının Orta və Qərbi Asiyada fəaliyyət göstərən səfirlərinin toplantısında iştirak etmək məqsədilə Krallığın xarici işlər nazirinin müavini şahzadə Xalid bin Xalid Al Səud Azərbaycanda olmuşdur.

01 mart 2013-cü il tarixində SƏK-in Mədinə şəhərinin 2013-cü ilin İslam Mədəniyyəti Paytaxtı elan edilməsi ilə əlaqədar AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak etmişdir. Tədbir çərçivəsində Əbülfəs Qarayev SƏK-in Turizm və Qədim Abidələr üzrə Baş Qurumunun rəhbəri şahzadə Sultan bin Salman bin Əbdüləziz Al Səudla görüşmüşdür. Səfər çərçivəsində AR Mədəniyyət və Turizm Nazirliyi ilə  SƏK-in Turizm və Qədim Abidələr üzrə Baş Qurumu arasında Anlaşma Memorandumu imzalanmışdr. 

01-04 aprel 2013-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybir Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində general-leytenant Zumeyim bin Cuveybir Əs-Səvvat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

11 iyun 2013-cü il tarixində Bakıda keçirilmiş Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə strateji sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrin konfransında və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair konfransda  SƏK-in xarici işlər üzrə dövlət naziri Nizar Mədəni iştirak etmişdir.

10-11 dekabr 2013-cü il tarixlərində Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun rəhbəri və İdarə Heyətinin sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək komissiyanın Üçüçncü İclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov qəbul etmişlər.

21-23 yanvar 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə “İslam Mədəniyyəti Paytaxtı” elan edilməsi və İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət nazirlərinin “VIII İslam Konfransı”nda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər etmişdir.

17 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general- leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs- Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevlə görüşmüşdür.

30 aprel-02 may 2014-cü il tarixlərində SƏK xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət məsələləri üzrə müavini Yusif bin Tərrad Əl-Səadun Azərbaycan Respublikasına səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.

13 may 2014-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumunda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuş və səudiyyəli həmkarı şahzadə Səud Əl-Feysəl ilə görüşmüşdür. Səfər zamanı “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş” imzalanmışdır.

26-30 may 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatın dəvəti ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Sahil Mühafizəsi İnstitutunun müdavimlərinin buraxılış mərasimində iştirak etmiş, daxili işlər naziri şahzadə Məhəmməd bin Naif ilə görüşmüşdür.

28 may-02 iyun 2014-cü il tarixlərində Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn iştirak etmişdir. Səfər çərçivəsində A.F.Əl-Hüseyn Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə birlikdə xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilmişdir.

04-09 iyun 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasının (parlament) üzvü, SƏK-Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla Bin Məhəmməd Əl-Nasirin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev tərəfindən qəbul edilmiş, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

23-24 yanvar 2015-ci il tarixlərində İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Krallıqda səfərdə olmuşdur.

05-07 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İki Müqəddəs Ocağın xadimi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallıqda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində AR Prezidenti Ər-Riyadda SƏK Kralı Salman bin Əbdüləzizlə danışıqlar aparmış, maliyyə naziri İbrahim bin Əbdüləziz Əl-Əssafla, neft və mineral ehtiyatlar naziri Əli bin İbrahim Əl-Nəimi ilə və Səudiyyə Palatalar Şurasının sədri Əbdürrəhman bin Abdullah Əl-Zamillə görüşmüşdür. AR Prezidenti Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Əmin Mədəni və İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşmüş, Məkkə və Mədinə şəhərlərində olmuş, Ümrə ayinini yerinə yetirmiş və Məhəmməd (s) Peyğəmbərin qəbrini ziyarət etmişdir.

11-17 aprel 2015-ci il tarixlərində SƏK Məşvərət Şurasının (parlament) Səudiyyə Ərəbistanı-Azərbaycan Dostluq Komitəsinin dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun sədri Fəttah Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Krallıqda səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti SƏK Məşvərət Şurasının sədr müavini Məhəmməd bin Əmin bin Əhməd Əl-Cəfri ilə, Ər-Riyad əmiri şahzadə Feysəl bin Bəndər bin Əbdüləziz Al Səudla, Kral Abdullah Elm və Texnologiyalar Şəhərciyinin rəhbəri şahzadə Türki bin Səud bin Məhəmməd Al Səudla, Kral Əbdüləziz Nüvə Enerjisi və Yenilənən Enerji Şəhərciyinin direktoru Haşim bin Abdullah Əl-Yəmani ilə və Məşvərət Şurasının Səudiyyə Ərəbistanı-Azərbaycan Dostluq Komitəsinin üzvləri ilə görüşmüşdür.

15-16 may 2015-ci il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş,  Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşmüşdür. Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İkinci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir.

Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanının yeri

Azərbaycan Respublikasının xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı xüsusi yer tutur. Səudiyyə Ərəbistanı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və islam dünyasının ən nüfuzlu ölkələrindəndir.

Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmamışdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr çoxşaxəlidir.

24 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən Xocalı faciəsinin 23-cü ildönümü və tanınması ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasında (parlament) tədbir keçirilmişdir.

Tədbirdə Məşvərət Şurasının üzvləri, SƏK-Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla Bin Məhəmməd Əl-Nasir, deputatlar - xanım Əməl bint Sələmə Əl-Şəmən, xanım Nihad bint Məhəmməd Əl-Ceşi, Səid bin Abdullah Əl-Şeyx, Abdullah bin Əli Əl-Munif, Məhəmməd bin Dəxil Əl-Mutairi, Məhəmməd Saleh Dehaim və digərlər iştirak etmişlər. 

İkitərəfli əməkdaşlığın digər sahələri

2012-ci ilin 01-04 aprel tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə 2012-ci il həcc mövsümü ilə əlaqədar təşkilatı məsələləri həll etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olmuşdur. Səfər zamanı  Allahşükür Paşazadə Səudiyyə Krallığının həcc naziri Bəndər Bin Məhəmməd və nazirin həcc məsələləri üzrə müavini Hatim Qadi və İslam Əməkdaşlıq Təşkilatının sədri İkmələddin İhsanoğlu ilə görüşmüşdür. Növbəti həcc mövsümünə dair Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol da imzalanmışdır.

2012-ci ilin 01 may tarixində Səudiyyə Ərəbistanının Kralı Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin elmi layihələr üzrə direktoru Süleyman Məhəmməd Alfadul Azərbaycana səfər etmiş və səfər zamanı Bakı Dövlət Universitetini ziyarət etmişdir.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Süleyman Məhəmməd Alfadul arasında keçirilmiş görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin inkişafından, Azərbaycan dövlətinin elm və təhsilə göstərdiyi diqqət və qayğısından bəhs edilmişdir.

2012-ci ilin 02 oktyabr tarixində Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İdarə Heyətinin keçirilmiş iclaslarında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanda səfərdə olmuşdur.  Nümayəndə heyətində MOK-un və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva yer almışlar.

Tədbirdə İHİF-in İcraiyyə Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunmuşdur. Azad Rəhimov və Çingiz Hüseynzadə iclasda çıxış etmişlər. Burada həmçinin, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimat mərasimi keçirilmişdir. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və sair mövzular əksini tapmışdır. İclasda Azərbaycan və Bakı haqqında qısa video çarx da nümayiş etdirilmişdir.

2013-cü ilin 12-14 mart tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar həmin şəhərdə keçirilmiş mərasimdə iştirak etmişdir.

Tədbir çərçivəsində Ə.Qarayev Krallığın Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti şahzadə Sultan bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşmüşdür. Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Səfər zamanı nümayəndə heyətini AR-in SƏK-dəki Səfiri Rasim Rzayev müşayiət etmişdir.

2013-cü ilin 13-17 aprel tarixlərində Ər-Riyadda “Beynəlxalq Polis Akademiyası birliyi”nin (İNTERPA) ikinci qurultayında iştirak etmək məqsədilə AR Polis Akademiyasının rəisi general-mayor Nazim Əliyev və Akademiyanın beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Cəfərov Səudiyyə Ərəbistanına səfər etmişlər.

2013-cü ilin 14 may tarixində Səudiyyə Ərəbistanının tələbələri Azərbaycana səfər etmiş və səfər çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) olmuşlar.

ATGTİ-də qonaqlara Azərbaycanın ən böyük tələbə təşkilatının “Liderlik məktəbi”, “Yaşayan tarix”, “Univision”, “Gəzən kitabxana” və s. irimiqyaslı layihələri haqqında məlumat verilmişdir. Eyni zamanda, tələbələrə ATGTİ-nin ingilis dilində hazırlanmış bukletləri də paylanılmışdır.

Səudiyyə Ərəbistanının nümayəndələri isə öz ölkələrindəki tələbə özünüidarəetmə strukturları haqqında danışmışlar. ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar, iki ölkənin tələbə təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.

2013-cü ilin 29 may tarixində Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət nazirinin birinci müavini Abdullah əl-Cəssiri iştirak etmişdir. Forum çərçivəsində Cəssiri AR Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşmüşdür. Görüşdə Ə.Qarayev Azərbaycanın Səudiyyə Ərəbistanı ilə sivilizasiyalararası əlaqəni daha da genişləndirmək niyyətində olduğunu və bunun xalqlarımızın bir-birinin mədəniyyətini, incəsənətini daha da yaxından tanımasına böyük təkan verə biləcəyini vurğulamışdır. Əl-Cəssiri öz növbəsində, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında sıx əlaqələrin mövcud olduğunu və bu əlaqələri genişləndirmək üçün iki ölkə arasında mədəniyyət günlərinin təşkil olunmasının əhəmiyyətini vurğulamışdır. Səudiyyə Ərəbistanın dinlər və mədəniyyətlər arasında əlaqələri gücləndirməkdə həmişə maraqlı olduğunu qeyd etmişdir.

2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş Şərq-Qərb Nazirlər Konfransında SƏK-in Mədəniyyət və informasiya nazirinin müavini Abdulla ƏL-Jassirin başçılığı altında nümayəndə heyəti iştirak etmişdir.

2013-cü ilin 1-10 iyun tarixlərində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində, Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun baş məsləhətçisi Fərid Qurbanzadənin rəhbərliyi altında Azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları, ATGTİ-yə Tələbə Gənclər Təşkilatlarının (TGT-lər) sədrləri də daxil olmuşlar.

2013-cü ilin 31 oktyabr - 01 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş “3-cü Bakı Beynəlxalq Humanitar Forumun”da Səudiyyə Ərəbistanının Ticarət və sənaye palatasının sədri, Ər-Riyad” qəzetinin köşə yazarı Abdullah bin Əbdülmöhsen əl-Fərəc iştirak etmişdir.

2013-cü ilin 17-21 noyabr tarixlərində Ər-Riyad şəhərində “İmam Məhəmməd bin Səud adına İslam Universitetində” SƏK Kralı Abdullah bin Əbdüləziz Əl-Səudun himayəsi altında keçirilmiş “Beynəlxalq İslam Fiqh Akademiyası Şurası Konfransı”nın 21-ci Sessiyası BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü şərqşünas-alim Vasim Məmmədəliyev iştirak etmişdir.

2013-cü ilin 18 noyabr tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresində Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

2014-cü ilin 21-23 yanvar tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə “İslam Mədəniyyəti Paytaxtı” elan edilməsi və İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət nazirlərinin “VIII İslam Konfransı”nda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyətini AR-in SƏK-dəki Səfiri Rasim Rzayev müşayiət etmişdir.

2014-cü ilin 2-3 mart tarixlərində İslam Aləmi Liqasının Baş katibi Abdulla Əl-Türkinin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərdə olmuşdur. Səfər çərçivəsində QMİ sədri İslam Aləmi Liqasının "İslam aləmi-problemlər və həlli yolları: İslam həmrəyliyi" mövzusunda təşkil etdiyi beynəlxalq konfransda "İslam həmrəyliyi günün aktual problemidir" adlı məruzə ilə çıxış etmişdir. Səfər zamanı QMİ sədrini AR-in SƏK-dəki Səfiri Rasim Rzayev müşayiət etmişdir.

2014-cü ilin 17-18 mart tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin 2-ci Konfransında Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Səfər zamanı A.Rəhimovu Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Mehdi Nağıyev və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri Rasim Rzayev müşayiət etmişlər.

2014-cü ilin 28 may - 02 iyun tarixlərində Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn iştirak etmişdir. Səfər çərçivəsində A.F.Əl-Hüseyn Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə birlikdə xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilmişdir.

2015-ci ilin 06-07 yanvar tarixlərində Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitunun təşkilatçılığı ilə Ər-Riyadda “Səudiyyə Ərəbistanı, Orta Asiya və Xəzər dənizi ölkələri əlaqələri” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın Səudiyyə Ərəbistanı Krallığında akkreditə olunmuş səfirləri, sözügedən ölkələrin müvafiq təhsil qurumlarının nümayəndələri, SƏK Diplomatik Araşdırmalar İnstitutunun rəhbərliyi, səudiyyəli diplomatlar, mütəxəssislər və Məşvərət Şurasının (parlamentin) üzvləri iştirak etmişlər. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev və ADA Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Rəhman Şahhüseynli təmsil etmişlər. R.Şahhüseynli “Azərbaycan-SƏK strateji əlaqələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

2015-ci ilin 03-06 iyun tarixlərində SAM-ın direktor müavini Gülşən Paşayeva və Mərkəzin əməkdaşı Kamal Qasımov SƏK-də səfərdə olmuşlar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyunun 3-də Krallığın nüfuzlu elmi mərkəzlərindən olan Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzində olmuş və Mərkəzin baş katibi Yəhya Mahmud Bin Cüneydlə görüşmüşdür. Görüş zamanı iki ölkənin beyin mərkəzləri arasında əlaqələrin yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir. Iyulun 4-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri: Müştərək məsələlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda Krallığın nüfuzlu elmi mərkəzlərinin nümayəndələri, diplomatlar, politoloqlar və tədqiqatçılar iştirak etmişlər.

2015-ci ilin 02 dekabr tarixində AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Səfirliklə birgə Ciddədə İƏT-in mənzil-qərargahında “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: keçmiş səylər və gələcək perspektivlər” mövzusunda beynəlxalq simpozium təşkil edilmişdir. Tədbirdə sözügedən mərkəzin direktor müavini Gülşən Paşayeva, mərkəzin  aparıcı elmi işçisi Kamal Makili-Əliyev, AR-in Səudiyyə Ərəbistanı Krallığındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev başda olmaqla Səfirliyin bir sıra diplomatları, İƏT Baş katibinin siyasi məsələlər üzrə müavini Səfir Abdulla Alimin başçılığı ilə Baş Katibliyin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında daimi nümayəndələri və Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.

Qeyd: SƏK-də Azərbaycanın informasiya və mədəniyyət mərkəzləri fəaliyyət göstərmir, yerli nəşrlər və radio/televiziya proqramları mövcud deyil.

İmzalanmış sənədlər

  1. 1.     “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş” (12 fevral 2001-ci il, Ər-Riyad)
  2. 2.     “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Memorandum” (15 yanvar 2007-ci il, Bakı)
  3. 3.     “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş İdarəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (12 mart 2013-cü il, Mədinə şəhəri)
  4. 4.     “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” (8 iyul 2015-ci il Ciddə şəhəri)

İqtisadi əməkdaşlıq 

2014-cü ildə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı ilə ticarət dövriyyəsinin həcmi 14,66 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 14,53 mln. ABŞ dolları, ixracın həcmi 0,13 mln. ABŞ dolları olmuş, xarici ticarət saldosu isə mənfi 14,4 mln. ABŞ dolları təşkil etmişdir.

2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,05 faiz (60-cı yer), o cümlədən idxalda 0,16 faiz (45-ci yer), ixracda isə 0,001 faiz (70-ci yer) təşkil etmişdir.

2013-cü illə müqayisədə, 2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığı ilə ticarət dövriyyəsi 51,65 faiz, o cümlədən idxal 51,99 faiz azalmış, ixrac isə 2,3 dəfə çox olmuşdur.

İdxalda azalmanın əsas səbəbi kimi ilkin formalı polietilen və polipropilen idxalındakı azalmanı göstərmək olar. İxracda artım isə xüsusi təyinatlı digər mexaniki qurğular və maşınlar ixracındakı artım hesabına olmuşdur.                                                               

İdxal olunan məhsullar:

Qoyun əti, təzə və ya soyudulmuş, cəmdəklər və şaqqalar

Digər pendirlər

Digər ədviyyatlar

Metanol (metil spirti)

Etilenqlikol (etandiol)

Monoetanolamin və onun duzları

Pərakəndə satış  üçün formalarda və ya bağlamalarda qablaşdırılan  digər dərman vasitələri

Tərkibində 80 kütlə % və daha çox titan oksidi olan titan dioksid əsasında hazırlanan preparatlar

Digər lak və boyaq maddələri, hazır sulu piqmentlər

Ətir və tualet suyu

Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen

Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen

İlkin formalı polipropilen

İlkin formalı propilen sopolimerləri

İlkin formalı digər akril polimerləri

İlkin formalı polietilentereftalat

Digər plastik kütlədən məsaməli digər plitələr, təbəqələr, lentlər

Təbii dəridən digər əlcəklər, əlliklər, təkbarmaq əlcəklər

Təbii dəridən qurşaqlar, qayışlar, aşırma qayışlar

Kişilər üçün pambıq parçası ipliyindən toxunma köynəklər

Kimyəvi saplardan qadın və ya qızlar üçün digər geyim əşyaları

İstifadə olunmuş paltarlar

İstilik və səs izolyasiyalı mineral materiallardan digər məmulatlar və qarışıqlar

Tərkibində asbest olan friksion materiallar və onlardan məmulatlar

Digər şüşədən süfrə qabları (içki qablarından başqa) və ya mətbəx qabları

Nazim çarxlar (maxovik) və şkivlər, şkiv blokları

İnersiyasız və ya akkumulyasiya edici elektrik su qızdırıcıları, batırılma elektrik qızdırıcı cihazlar

Konteynerlər

 

İxrac olunan məhsullar:

Ətir və tualet suyu

Pambıq parçası ipliyindən digər yataq ağları

İstifadə olunmuş paltarlar

Digər şüşədən süfrə qabları (içki qablarından başqa) və ya mətbəx qabları

Şüşə liflərindən digər məmulatlar

Qara metallardan digər boru fitinqləri

Korroziyayadavamlı poladdan mətbəx və yeməkxana məmulatları

Kəlbətinlər, passaticlər, pinsetlər, maşacıqlar və analoji alətlər

Məngənələr, sıxaclar və analoji məmulatlar

Xətti hərəkət üzrə pnevmatik güc qurğuları və mühərriklər

Distillə etmə və ya təmizləmə üçün qızdırıcı aparatlar

Yer və tunelqazan maşınların hissələri

Xüsusi təyinatlı digər mexaniki qurğular və maşınlar

Nazim çarxlar (maxovik) və şkivlər, şkiv blokları

Topoqrafik, meteoroloji, geofiziki cihazların hissələri

Ölçü və nəzarət cihazlarının hissələri

Heyvanları və ya digər canlıları  (insandan başqa) təsvir edən oyuncaqlar

1994-cü ilin 9-13 iyul tarixlərində Ümummilli liderimiz Heydər Əliyev Səudiyyə Ərəbistanında səfərdə olmuş, İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi şəxslərlə danışıqlar aparmış, Kəbəyə Ümrə ziyarəti etmişdir.

Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanmışdır. Səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilmişdir.

Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı Krallığı Hökumətlərarası Müştərək Komissiyasının birinci iclası 2001-ci ilin fevral ayında Bakıda keçirilmişdir. Müştərək Komissiyanın işinin sonunda iki ölkə arasında Protokol imzalanmışdır.

2004-cü ilin 14-15 fevral tarixlərində Ər-Riyadda Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı Krallığı Hökumətlərarası Müştərək Komissiyasının ikinci iclası keçirilmiş və iclasın sonunda Protokol imzalanmışdır.

2013-cü ilin 10-11 dekabr tarixlərində Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Bakı şəhərində Müştərək Komissiyanın 3-cü iclası keçirilmiş və iclasın sonunda Protokol imzalanmışdır. Müştərək Komissiyanın 3-cü iclası çərçivəsində 100-dən çox iş adamının iştirakı 1-ci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. İclasda çıxış edən İqtisadiyyat və Sənaye naziri, Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev bildirmişdir ki, Azərbaycanda fəaliyyət göstərən 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.

2014-cü ilin 29 aprel tarixində Səudiyyə Ərəbistanı Krallığının Sənaye və Ticarət naziri Tofıq Əl-Rəbiənin (Al Rabiah) rəhbərliyi və Səudiyyə Ərəbistanı Ticarət Palatası Şurasının təşkilatçılığı ilə Ər-Riyad şəhərində Ərəb ölkələrinin Ticarət Palataları və Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin Ticarət Palataları arasında müştərək iclas keçirilmişdir.

İclasda Azərbaycan tərəfindən isə AR İqtisadiyyat və Sənaye nazirliyinin əməkdaşları, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) müşaviri, iş adamları iştirak etmişlər.

İclasda Ərəb ölkələri, Azərbaycan və Orta Asiya dövlətləri arasında iqtisadi əlaqələrin, eləcə də sərmayəçi və iş adamları arasında münasibətlərin gücləndirilməsi məqsədilə tərəflər arasında müştərək işçi şuranın yaradılması, gömrük rüsumu, vizaların rəsmiləşdirilməsi, biznesin təhlükəsizliyi və onun qorunmasına dair məsələlər müzakirə edilmişdir.

İclasda iştirakçılar Ərəb ölkələrinin Ticarət Palataları, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin Ticarət Palataları arasında növbəti iclasın 2016-cı ildə keçirilməsinə dair razılıq əldə etmişlər. Görüşün sonunda yekun bəyanat qəbul edilmişdir

Neft sahəsində əməkdaşlıq

20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman SƏK də bu müqavilədə təmsil olunub. "Əsrin müqaviləsi"ndə Səudiyyə Ərəbistanının Delta-Hess şirkəti-2,72% paya malik olmuşdur.  

2004-cü ilin 2-6 oktyabr tarixlərində Azərbaycan Respublikasının Yanacaq və Energetika Naziri M. Kərimov Səudiyyə Ərəbistanında səfərdə olmuşdur.

Səfər çərçivəsində M.Kərimov Neft və Mineral Ehtiyatlar Naziri Ə.əl-Nəimi, Ticarət və Sənaye Naziri və Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı Krallığı Hökumətlərarası Müştərək Komissiyasının həmsədri H.Yaməni görüşlər keçirmişdir.

2010-ci ilin 17-21 oktyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Neft və Mədən Sərvətləri Naziri Əli əl-Nəiminin dəvəti ilə  Azərbaycan Respublikasının Sənaye və Energetika Nazir Natiq Əliyev və onu müşayiət edən nümayəndə heyəti Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşlar.

2012-cu ilin 25 may tarixində Bakıda ARDNŞ-in Baş ofisində "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkəti arasında neft-qaz sahəsində Səudiyyə Ərəbistanı Krallığında uzunmüddətli layihələrin yerinə yetirilməsi haqqında Anlaşma memorandumu" imzalanmışdır. Memorandumda tərəflər Səudiyyə Ərəbistanı Krallığı ərazisində fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması və həmin müəssisənin vasitəsilə neft-qazın kəşfiyyatı, hasilatı, işlənilməsi, emalı, nəqli habelə neft kimyası sahələrində uzunmüddətli müştərək layihələri həyata keçirmək niyyətlərini bildirmişlər.

Bu münasibətlə Azərbaycana səfər etmiş Səudiyyə Ərəbistanının "Soroof İnternational" şirkətinin prezidenti Şahzadə Bəndər Bin Abdullah Bin Məhəmməd Əl-Səud ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilə görüşmüşdür.

Səfirlik iki ölkə arasında neft-qaz sahəsində təlim-təcrübə və kadr mübadiləsinin aparılmasını təklif edir.                                                                

Maliyyə sahəsində əməkdaşlıq

2002-ci ilin 28 dekabr tarixində Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta məktəb binalarının tikinti layihələrini həyata keçirmək məqsədilə Azərbaycan Hökumətinə 35.7 milyon rial həcmində kredit ayrılması barədə qərar qəbul etmişdir.

2005-ci ilin 8-10 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbdüləziz Al Səudun dəvəti ilə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində zamanı “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq Kredit Sazişi və İslam İnkişaf Bankı ilə Yevlax-Gəncə magistral yolunun və Samur-Abşeron kanalının Vəlvələçay-Taxtakörpü hissəsinin yenidən qurulmasına dair Kredit Sazişləri imzalanmışdır. Həmin sazişlərə əsasən, İslam İnkişaf Bankı layihələrin hər birinə 10 milyon dollar məbləğində kredit ayıracağını öhdəsinə götürmüşdür.

2005-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanı hökuməti işğaldan azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərin reabilitasiyası üçün Azərbaycan hökumətinə 50 min ABŞ dolları həcmində yardım göstərmişdir.

2007-ci ilin 22-24 oktyabr tarixlərində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Ə.Həsənov Səudiyyə Ərəbistanında səfərdə olmuşdur.

Səfər zamanı Ə.Həsənov Səudiyyə İnkişaf Fondunun rəhbərliyi, İslam İnkişaf Bankının Prezidenti Ə.M.Əli və digər rəsmilərlə görüşmüşdür.

2009-cu ildə Səudiyyə İnkişaf Fondu Abşeronun su təchizatı və kanalizasiya sisteminin bərpa və genişlənməsinə 25 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

2010-cu ilin 23-24 iyun tarixlərində Bakıda keçirilmiş İslam İnkişaf Bankının Direktorlar Şurasının 35-ci illik toplantısında Səudiyyə Ərəbistanı Krallığının Maliyyə Naziri, Ərəb Səudiyyə Valyuta Müəssisəsi və Səudiyyə İnkişaf Fondunun rəhbəri İbrahim bin Əbdüləziz Əl-Assafın başçılıq etdiyi Səudiyyə Ərəbistanı nümayəndə heyəti iştirak etmişdir.

2011-ci ildə Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında "Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genişləndirilməsi Layihəsinə dair İstisna Sazişi" imzalanmışdır.

2011-ci ildə "Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında Ucar-Zərdab-Ağcəbədi avtomobil yolunun genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın hazırlanmasına dair Texniki Yardım (Qrant) Sazişi" imzalanmışdır.

2012-ci ildə "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı" layihəsinin maliyyələşdirilməsi üzrə Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında İstisna Sazişi" imzalanmışdır.

2014-cü ilin 13 may tarixində Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikası arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfəri çərçivəsində AR Xarici İşlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanı Krallığının Maliyyə naziri İbrahim Əbdül Əziz Əl-Əssaf “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi-tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol”u imzalamışlar. 

2014-cü ilin iyul ayının 3-də "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Səudiyyə İnkişaf Fondu arasında kredit sazişi imzalanmışdır. Kredit Sazişi 18 sentyabr 2014-cü ildə AR Milli Məclisi tərəfindən təsdiqlənmişdir.

Kredit sazişinə əsasən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi və genişləndirilməsi layihəsinə SİF tərəfindən 35 milyon ABŞ dolları (131.5 milyon SAR) vəsait ayrılmışdır.

Kredit sazişini Azərbaycan tərəfdən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Səudiyyə Ərəbistanı tərəfdən Səudiyyə İnkişaf Fondunun sədr müavini və icraçı direktoru Yusif Al-Bassam imzalamışlar.

SƏK-in "Xaricdə Kənd Təsərrüfatı Sahəsinə Sərmayələr Yatırılması üzrə Kral Təşəbbüsü" Səudiyyə Ərəbistanı Krallığını Azərbaycanı sərmayə qoyulması üçün tövsiyə edilmiş prioritet ölkələrdən sayır. Bu təşəbbüs çərçivəsində dənli bitkilər (buğda, arpa, düyü, qarğıdalı və s.), qırmızı ət, balıq, soya, şəkər, yağlı toxumlar və yaşıl yemlər Krallıq üçün strateji əhəmiyyət kəsb edən məhsullar sayılır. Xaricdə Kənd Təsərrüfatı Sahəsinə Sərmayələr Yatırılması üzrə Kral Təşəbbüsü"nün direktoru Al-Xəlilin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri planlaşdırılır. "Xaricdə Kənd Təsərrüfatı Sahəsinə Sərmayələr Yatırılması üzrə Kral Təşəbbüsü"nün mahiyyəti ondan ibarətdir ki, dövlət və özəl sektordan olan səudiyyəli iş adamları xaricdə buğda, arpa, düyü, soya becərilməsi, balıqçılıq və heyvandarlığa sərmayə yatırır və sonradan istehsal olunmuş məsulların minimum 50%-i öz tələbatlarını təmin etmək üçün Krallığa göndərilir. Pakistan, Qazaxıstan, Filippin, Avstraliya, Türkmənistan, Özbəkistan, Qırğızıstan, İndoneziya, Hindistan, Çin, Vyetnam, Sudan, Misir, Efiopiya, Tanzaniya, Uqanda, Seneqal, Cənubi Afrika Respublikası, Mali, Keniya, Niger, Ukrayna, Türkiyə, Rusiya, Rumıniya, Polşa, Bolqarıstan, Argentina, Uruqvay, Kanada və Braziliya Kral Abdullah Təşəbbüsünün sərmayə yatırılması üzrə hədəfində olan ölkələrdir. Hal-hazırda hədəfdə olan ölkələrin siyahısında 31 ölkə mövcuddur və siyahıya yeni ölkələrin əlavə olunması mümkündür. Krallığın Azərbaycana maraq göstərdiyi mühüm sahələrdən biridə turizmdir.

2015-ci ilin may aynın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Səfər zamanı Tofiq Bin Fauzan ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev arasında görüş keçirilmişdir. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi olmuşdur. Səfər çərçivəsində Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft-kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak etmişdir.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində "Bakı Ağ Şəhər"də olmuş, burada görülmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olmuşlar. Səudiyyə Ərəbistanından olan qonaqlara "Bakı Ağ Şəhər" layihəsi barədə ətraflı məlumat verilmişdir. Nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkında olmuş, burada qonaqlar üçün sənaye parkının təqdimatı keçirilmişdir. Səfər zamanı nümayəndə heyətini Səfir Rasim Rzayev müşayiət etmişdir.

2015-ci ilin iyul ayının 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

Sazişi Azərbaycan Hökuməti adından ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev, Səudiyyə Ərəbistanı Krallığı Hökuməti adından Baş Mülki Aviasiya Administrasiyasının vitse-prezidenti Feysəl Həməd Əl-Suğeyr imzalayıblar. İmzalanma mərasimində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Hacıyev, habelə Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

2015-ci ilin 15 dekabr tarixində SƏK-in Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının 4-cü iclası keçirilmişdir.

İclasda Müştərək Komissiyanın həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahın Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmamn rəhbərliyi ilə hər iki tərəfdən aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

İclasda çıxış edən həmsədrlər ölkələrimiz arasında əlaqələrin inkişafına dair geniş məlumat verərək, komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlərə nəzər salmışlar.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanmışdır.

15 dekabr tarixində Müştərək Komissiyanın iclası ilə yanaşı 3-cü Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu da keçirilmişdir. Tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə və konsaltinq, turizm, logistika vo səhiyyə sahələrində fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir

Biznes forum çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qida məhsullarının Səudiyyə Ərəbistanında sərgisi də təşkil edilmişdir. Sərgidə Azərbaycan şirkətlərinin 40-dan çox adda kənd təsərrüfatı və qida məhsullan nümayiş olunub, qonaqlara Azərbaycanın biznes və investisiya mühitinə dair bukletlər və digər çap materialları paylamb. Forumda Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfindən hər iki ölkənin iqtisadiyyatına, investisiya mühiti və biznes imkanlarma dair təqdimatlar keçirilmişdir, Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatmışdır.

Səfər zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif Əl-Osman, Səudiyyə Ərəbistanı Ticarət və Sənaye Palatalar Şurasının sədri Abdul Rahman Əl-Zamil və Səudiyyə Ərəbistanın Əsas Sənaye Korporasiyasının (SABİC) baş icraçı direktoru Yusif Abdulla Əl- Beııyan ilə görüşmüşdür. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, iş adamları arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

2016-cı ilin 24-26 yanvar tarixlərində SƏK Kralı Salman bin Əbdüləziz Al Saudun himayəsi altında və Səudiyyə Ərəbistanı Baş investisiyası Qurumunun (SAĞIA) təşkilatçılığı ilə Ər-Riyad şəhərində 9-cu Qlobal Rəqabətlilik Forumu keçirilmişdir.

Qlobal Rəqabətlilik Forumunda 2500-dən çox yerli və xarici nümayəndə iştirak etmiş və forumun iclaslarında qlobal biznes liderləri, beynəlxalq siyasi liderlər, seçilmiş ziyalılar və jurnalistlərdən ibarət 80 natiq çıxış etmişdir.

Forumda əsasan, sektorlararası rəqabət mühitinin inkişafı və hökumətin rəqabət qabiliyyətini artırmaq üçün rəhbər tutmalı olduğu strategiya və ən əsası davamlı iqtisadi inkişafın təmin olunmasında rolu müzakirə edilmişdir. Bundan əlavə tədbirdə informasiya və kommunikasiya texnologiyası, təhsil, nəqliyyat, biologiya, səhiyyə kimi iqtisadiyyatın inkişafına və sosial rifah səviyyəsinin yüksəldilməsinə birbaşa təsir göstərən əsas sahələr diqqət mərkəzində olmuşdur. Forumun proqramında həmçinin xidmət sahələri (turizm, maliyyə xidməti, daşınmaz əmlak və s.) öz əksini tapmışdır. Qlobal və yerli perspektivdə innovasiyanm əhəmiyyəti və sektorlararası rəqabətə nail olmaqla yüksək səviyyədə məhsuldarlığın təmin edilməsi panellərin əsas müzakirə mövzusunu təşkil etmişdir. Eyni zamanda müzakirələrdə iqtisadiyyatın şaxəlanməsi və artmaqda olan gənc nəsil üçün iş yerlərinin açılması məsələsinə də toxunulmuşdur. Forum çərçivəsində şirkətlərin sərmayə imkanlarının nümayiş etdirilməsi məqsədi ilə ''Səudiyyə Ərəbistanında Sərmayə” sərgisi də keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinin dövlətlararası iqtisadi əlaqələr şöbəsinin müdiri Orxan Məmmədov təmsil etmişdir,

Son yenilənmə tarixi: 07 mart 2016-cı il

 

 
bakushop