İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI

 Təşkilatın yaranmasının qısa tarixçəsi: 1969-cu ilin avqust ayında Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra, 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirədə görüşərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar, İslam dövlətlərinin yüksək səviyyədə zirvə konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanın irəli sürdüyü təklifi qəbul etmişlər.

1969-cu il 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən, İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.

Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin I konfransında İƏT Baş katibliyi təsis edilmişdir. 

İKT-in ilk nizamnaməsi Rabat görüşündən üç il sonra - 1972-ci ilin mart ayında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilmiş xarici işlər nazirlərin konfransında qəbul olunmuşdur. Nizamnaməyə əsasən, dövlət və hökumət başçılarının Rabat zirvə toplantısında, xarici işlər nazirlərinin Kəraçi (1970-ci il) və Ciddə (1972-ci il) konfranslarında iştirak etmiş və həmin sənədi imzalamış hər bir dövlət bu təşkilatın üzvü hesab olunmuşdur. 2008-ci ilin 13-14 mart tarixlərində Dakarda (Seneqal) İKT-in 11-ci zirvə toplantısında isə yeni nizamnamə qəbul edilmişdir.

28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici  İşlər Nazirləri Surasının 38-ci Sessiyası zamanı İslam Konfransı Təşkilatı adı İslam Əməkdaşlığı Təşkilatı adı ilə əvəz olunmuşdur.

Hazırda 57 dövlət İƏT-ə üzvdür. Bəzi dövlətlər, müsəlman icmaları, habelə bir sıra beynəlxalq və regional təşkilat İƏT yanında müşahidəçi statusa malikdir. Əhalisinin əksəriyyəti müsəlman olan BMT-yə üzv hər bir dövlət İƏT Nizamnaməsinə əməl etmək arzusunu əks etdirən ərizə ilə müraciət etməklə təşkilata qoşulmaq hüququna malikdir. Bunun üçün İƏT XİN Şurasının qəbul etdiyi meyarlar nəzərə alınmaqla, Şurada konsensus təmin edilməlidir.

İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. BMT Baş Məclisinin 36-cı sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmiş və İƏT 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusuna malikdir. Eyni zamanda, Cenevrədə və Nyu-Yorkda İƏT-in Daimi müşahidəçi missiyaları fəaliyyət göstərir.

2013-cü ilin iyun ayından etibarən İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlamışdır. 

1 yanvar 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanın sabiq  Mədəniyyət və informasiya naziri İyad Mədəni İslam Əməkdaşlığı Təşkilatının Baş Katibi vəzifəsinin icrasına başlamışdır.

AZƏRBAYCAN RESPUBLİKASI - İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI  MÜNASİBƏTLƏRİ

Azərbaycan Respublikasının İslam Əməkdaşlığı Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İKT) üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.

Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İƏT-in nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İƏT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İƏT-in Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi formalaşmışdır.

1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınmışdır.

İƏT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransından başlayaraq, növbəti bütün konfranslar da daxil olmaqla, İƏT Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə məruzələri müzakirə edilmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin surətdə pisləyən, erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından təcili surətdə çıxarılması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi Ermənistandan ciddi surətdə tələb edən “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamələr mütəmadi şəkildə qəbul edilmişdir. Lakin AR tərəfinin müvafiq səyləri nəticəsində İƏT Xarici İşlər Nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV Toplantısında həmin qətnamə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə (12/24-P) adını almış və növbəti İƏT XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edilmişdir.

1994-cü ilin may ayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra            Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

Ümummilli Lider H.Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İƏT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı.

Ümummilli Liderin İƏT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII zirvə konfransında iştirakı və İƏT Baş Katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətmiş və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırmışdır. Bunun nəticəsində, İƏT zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İƏT-in  BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan və Azərbaycan arasında münaqişə” mövzusunun mütəmadi salınmasına nail olunmuşdur.

Daha sonra AR tərəfinin davamlı fəaliyyəti nəticəsində İƏT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfransında həmin qətnamə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə (12/8-P(İS)) adını almış və növbəti İƏT Zirvə konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edilmişdir.

Həm İƏT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İƏT çərçivəsində daha iki qətnamə: “Azərbaycan Respublikasına iqtisadi yardım” (İƏT XİN XXII konfransı - 1994-cü il- Kasablanka və İƏT VII zirvə konfransı -  1994-cü il Kasablanka) və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması” (İƏT XİN XXVI konfransı - 1999-cü il Uaqaduquda və İƏT IX zirvə konfransı - 2000-ci il Doha) adlı qətnamələr İƏT gündəliyinə daxil edilərək indiyə qədər keçirilmiş zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə qəbul edilmişdir.

Xatırladaq ki, siyasi qətnamədə, üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair Baş Katibin ənənəvi illik hesabatları, İƏT çərçivəsində keçirilən görüşlərdə  qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İƏT üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İƏT dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurmuş və qeyd olunan qərar və qətnamələr əsasında həm İƏT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilmişdir.

Bütün bunlarla yanaşı, Azərbaycan da, öz növbəsində İƏT çərçivəsində İslam Ümmətinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də İƏT-in yaranması və fəaliyyətinin əsas qayəsi olan İsrail-Ərəb münaqişəsi və Fələstin probleminə münasibətdə daim konstruktiv və birmənalı, dəyişməz mövqedən çıxış etmişdir.

Son illər AR-İƏT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İƏT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İƏT-in Məkkədə keçirilmiş III fövqəladə zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İƏT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Qeyd etmək lazımdır ki, AR Prezidenti İ.Əliyevin 19 iyun 2006–cı il tarixli sərəncamına əsasən, İƏT-in sabiq Baş katibi cənab E.İhsanoğlu Azərbaycan Respublikası və İƏT arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. O, həmçinin 2000-ci ildə AMEA-nın fəxri doktoru adına layiq görülmüşdür. 

İƏT tədbirlərində ölkəmizin iştirakı və AR tərəfindən İƏT çərçivəsində təşkil edilmiş tədbirlər (xronoloji ardıcıllıqla):

2006-cı ilin 28 fevral - 1 mart AR Təhsil Nazirliyi tərəfindən “İslam  və gənclik, təhsil, elm və maarifləndirmə” adlı elmi praktik konfrans təşkil edilmişdir.

2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda  İƏT Xarici İşlər Nazirlərinin XXXIII Konfransı “Hüquqlar, azadlıqlar və ədalətin harmoniyası” şüarı altında Gülüstan sarayında keçirilmişdir. Konfransın sonunda İƏT-in müvafiq qətnamələri ilə yanaşı, Bakı Bəyannaməsi və Yekun Kommünike  qəbul edilmişdir.

2006-cı ilin 11-12 sentyabr tarixlərində Bakıda İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlərin Turizm Nazirlərinin V Konfransı keçirilmişdir. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir.  

2007-ci ilin 26-28 aprel tarixlərində Bakıda İƏT “Dözümlüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda Konfrans keçirilmişdir. Tədbir İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 33-cü iclasında qəbul olunan qərar əsasında Azərbaycan Respublikasının XİN-in təşəbbüsü ilə Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə təşkil olunmuşdur. Konfrans İƏT üzv dövlətlərinin mətbuat institutlarının Qərb həmkarları ilə birlikdə tolerantlıq, qarşılıqlı anlaşma və hörmət prinsiplərini inkişaf etdirmək üçün əməli tədbirlər hazırlamaq, islamofobiyanın bütün formalarının aradan qaldırması məqsədilə keçirilmişdir.

2007-ci ilin 21-22 iyun tarixlərində Bakıda “İƏT üzv dövlətlərinin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda İKT üzv ölkələrinin turizm nazirləri və digər rəsmi nümayəndələri iştirak etmişlər.

2007-ci ilin 22-23 oktyabr tarixlərində İƏT Hüquq-mühafizə orqanları rəhbərlərinin Konfransının təşkili məqsədilə ekspert səviyyəsində görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq İƏT Hüquq-mühafizə orqanları rəhbərlərinin Konfransına tövsiyələr qəbul edilmişdir.

2007-ci ilin 28 oktyabr – 02 noyabr tarixlərində Heydər Əliyev Fondu, İslam Konfransı Təşkilatının İslam Konfransı Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” Beynəlxalq Təşəbbüs çərçivəsində Bakı şəhərində “Alyans” Gənclik Düşərgəsi və Nəsillərarası Yüksək səviyyəli Konfransı keçirilmişdir.

2008-ci ilin 10-11 iyun tarixlərində, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum təşkil olunmuşdur.

2008-ci ilin 6-8 oktyabr tarixlərində İslam ölkələrinin ali təhsil və elmi tədqiqatlar nazirlərinin Bakıda IV konfransı keçirilmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İƏT üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində konfransı keçirilmiş və Bakı Bəyannaməsi qəbul edilmişdir.

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakı şəhərində 2009-cu ilin 13-15 oktyabr tarixində İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir.

 11-12 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikası Diplomatik Akademiyası İƏT Baş katibliyi ilə birgə İƏT-in yaradılmasının 40 illik yubileyi münasibətilə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans təşkil etmişdir.

Həmçinin, Azərbaycan İƏT-in müxtəlif təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 26 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun Xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İƏT Baş Katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İƏT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdardır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır. 

İKT-nin 2008-ci ilin 13-14 mart tarixlərində Seneqalda keçirilmiş XI Zirvə Konfransı, həmçinin, həmin ilin 23-25 may 2009-cu il tarixlərində Suriyada keçirilmiş Xarici İşlər Nazirləri Şurasının XXXVI sessiyası bir daha Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləmiş, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb etmişlər.

Həmçinin qeyd etmək lazımdır ki, XI zirvə konfransında qəbul edilmiş İƏT-in yeni nizamnaməsinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü  işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün gələcək xarici siyasət kursunun istiqamətləndirilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Təsadüfi deyildir ki, 2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci Sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində     İƏT-ə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.

23-25 may 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri c-b E.Məmmədyarov İƏT XİN Şurasının “İslam həmrəyliyini inkişaf etdirmək naminə” şüarı altında Suriya Ərəb Respublikasının paytaxtı Dəməşq şəhərində keçirilmiş XXXVI Sessiyasında iştirak etmiş və təşkil olunmuş xüsusi mərasimdə Azərbaycan Respublikası adından İƏT-in yeni Nizamnaməsini imzalamışdır.    

İƏT XİN Şurası XXXVI Sessiyasında, məqsədyönlü səylərimiz nəticəsində, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İƏT üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində konfransı keçirilmişdir.

2009-cu ilin 13-15 oktyabr tarixində “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakı şəhərində İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir. Konfransda ümumilikdə 42 ölkədən 20 nazir, 10 nazir müavini və digər yüksək səviyyəli rəsmi şəxslər, 17 beynəlxalq və regional təşkilatın (İSESCO, İƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı və s.) nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak etmişlər.

11-12 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikası Diplomatik Akademiyası İƏT Baş katibliyi ilə birgə İƏT-in yaradılmasının 40 illik yubileyi münasibətilə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans təşkil etmişdir. İƏT Baş katibi E.İhsanoğlunun, həmçinin 40 nəfərə qədər əcnəbi qonağın və ümumilikdə təxminən 180 nəfərin iştirak etdiyi konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər, İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılmışdır.

24-31 yanvar 2010-cu il tarixində İƏT üzv ölkələrin Parlament Birliyi  Konfransının (İƏT PB) Uqandanın paytaxtı Kampala şəhərində VI sessiyası keçirilmişdir. 51 dövlətin parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF və İƏT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilmişdir. Bu qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib.  

25-26 fevral 2010-cu il tarixlərində Diplomatik nümayəndəlik və konsulluqlarımız tərəfindən Xocalı soyqırımının 18-ci il dönümünə həsr olunmuş və “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlərlə bağlı tərəfimizdən hazırlanmış geniş şəkildə hesabat Azərbaycan Respublikasının Prezidentinin yüksək diqqətinə təqdim edilmişdir. 

7-8 mart 2010-cu il tarixlərində Qətərin paytaxtı Doha şəhərində İƏT və Qətər Dövlətinin xeyriyyə təşkilatının dəstəyi ilə İƏT üzv ölkələrinin humanitar təşkilatının III konfransında Heydər Əliyev Fondunun nümayəndə heyəti iştirak etmişdir. Konfransın nəticəsi olaraq, qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə və proqramların tanıdılması, Fond ilə geniş coğrafi məkanı özündə birləşdirmiş Yaxın Şərq ölkələrindəki analoji Fond və Təşkilatlar arasındakı əməkdaşlıq imkanlarının araşdırılması və həyata keçirilməsi, həmçinin təcrübə mübadiləsi və qarşılıqlı səfərlər ölkəmiz qarşısında yeni imkanlar açmışdır. 

12-14 aprel 2010-cu il tarixlərində İƏT Xarici İşlər Nazirləri Surasının 37-ci Sessiyasına hazırlıq məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Yüksək Rütbəli məmurların toplantısı keçirilmişdir. AR Xİ nazirinin müavini V.Sadıqovun rəhbərliyi altında AR nümayəndə heyətinin iştirak etdiyi toplantıda “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması” haqqında qətnamə layihələri toplantının gündəliyinə daxil olunmuş və iştirakçılar tərəfindən yekdilliklə qəbul edilmişdir.

18-20 may 2010-cu il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab E.Məmmədyarovun rəhbərliyi altında nümayəndə heyəti Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilmiş İƏT Xarici  İşlər Nazirləri Surasının XXXVII Sessiyasında iştirak etmiş və sessiya çərçivəsində Azərbaycan Hökuməti və İslam Konfransı Gənclər Forumu (İKGF) arasında qurumun regional ofisinin Azərbaycanda yerləşməsinə dair Saziş imzalanmışdır.

Təqdirəlayiq haldır ki, İƏT XİN Şurasının XXXVII Sessiyasında məqsədyönlü səylərimiz nəticəsində, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında İKT Baş Katibinin ənənəvi hesabatına siyasi əhəmiyyət kəsb edən müvafiq dəyişikliklər edilmiş və həmin sənəd İƏT XİN XXXVII Sessiyasının diqqətinə təqdim edilmişdir.

10 iyun 2010-cu il tarixində Aralıq dənizi üzərindən Fələstinə beynəlxalq humanitar yardım daşıyan Türkiyənin azadlıq donanmasına İsrailin xüsusi hərbi qüvvələrinin hücumu nəticəsində baş vermiş münaqişə ilə əlaqədar olaraq İƏT-in Baş Katibliyi tərəfindən Ciddədə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin fövqəladə iclası keçirilmişdir. Sözügedən iclasda AR XİN müavini V.Sadıqov iştirak etmişdir.

23-24 iyun 2010-cu il tarixlərində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilmişdir. Bu mötəbər tədbiri AR Prezidenti cənab İlham Əliyev açmışdır. Keçirilmiş tədbir çərçivəsində ölkəmizin bank və maliyyə sistemi üçün bir sıra yeni imkanlar əldə edilmiş və bu istiqamətdə müvafiq sənədlər imzalanmışdır.

24 sentyabr 2010-cu il tarixində Nyu-Yorkda keçirilmiş BMT BA-nın 65-ci sessiyası çərçivəsində İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşü zamanı AR Xarici İşlər Naziri cənab E.Məmmədyarovun çıxışı,  İƏT-in XIII zirvə görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı ingilis dilində 100 ədəd təbliğat xarakterli xüsusi qovluq və kompakt disklər, həmçinin digər zəruri məlumatlar hazırlanmışdır.

17-18 oktyabr 2010-cu il tarixlərində XİN-in müavini V. Sadıqovun başçılığı ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad və Ciddə şəhərlərində İƏT-in XIII zirvə görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı təqdimat mərasimlərini keçirmişdir. Ciddədə keçirilmiş tədbirdə İKT-in Baş Katibi E.İhsanoğlu və Katibliyin bütün məsul şəxsləri iştirak etmişdilər.

28-30 iyun 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab E.Məmmədyarovun rəhbərliyi altında nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İƏT Xarici  İşlər Nazirləri Surasının XXXVIII Sessiyasında iştirak etmişdir.

qeyd: Sessiya zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlığı Təşkilatı adı ilə əvəz olunmuşdur.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında İƏT Baş Katibinin ənənəvi hesabatına siyasi əhəmiyyət kəsb edən müvafiq dəyişikliklər edilmiş və həmin sənəd İƏT XİN XXXVIII Sessiyasının diqqətinə təqdim edilmişdir.

23 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda keçirilmiş BMT BA-nın 66-cı sessiyası çərçivəsində İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşü zamanı AR Xarici İşlər Naziri cənab E.Məmmədyarov çıxış etmişdir.

3-5 iyun 2012-ci il tarixlərində İslam Əməkdaşlığı Təşkilatının Baş Katibi E.İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti AR Xarici İşlər Naziri E.Məmmədyarovun dəvətinə əsasən ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.İhsanoğlu AR Prezidenti cənab İlham Əliyev, Milli Məclisin Sədri O.Əsədov, Xİ Naziri E.Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

14-15 avqust 2012-ci il tarixlərində Məkkədə keçirilmiş İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının dördüncü fövqəladə Zirvə Toplantısında Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

10 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası İslam Əməkdaşlığı Təşkilatına 3 milyon ABŞ dolları həcmində könüllü yardım etmişdir.

15-17 noyabr 2012-ci il tarixlərində Cibuti Respublikasının paytaxtı Cibutidə keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının XXXIX Sessiyasında Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

6-7 fevral 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri c-b Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti Misir Ərəb Respublikasında keçirilən İƏT-in XII  Zirvə Toplantısında iştirak etmişdir. Zirvə toplantısında qəbul edilmiş Yekun Kommünikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə Xocalıya Ədalət beynəlxalq təbliğat-təşviqat  kampaniyasına dəstək əks olunur və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb. Sözügedən bəndə əsasən, üzv dövlətlər Kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır. (61- We condemn the aggression of Armenia against the Republic of Azerbaijan, reaffirm that acquisition of territory by use of force is inadmissible under the Charter of the United Nations and the international law, and urge for strict implementation of UN Security Council resolutions Nos.822, 853, 874 and 884 and for immediate, full and unconditional withdrawal of the armed forces of Armenia from occupied territories of the Republic of Azerbaijan, including its Nagorno Karabakh region. We call for the resolution of the conflict within the sovereignty, territorial integrity and inviolability of the internationally recognized borders of the Republic of Azerbaijan. We deplore the destruction of the cultural heritage and sacred Islamic sites, the forced demographic changes, interference with property rights, illegal economic activities in the Nagorno Karabakh region and other occupied territories of the Republic of Azerbaijan, and urge Member States to prevent their legal and natural persons from getting involved in these illegal activities. We reaffirm our principled support for the efforts of the Republic of Azerbaijan, including within the UN General Assembly, aimed at restoring its territorial integrity and sovereignty. 117- We welcome the “Justice for Khojaly” international civil awareness campaign initiated in the framework of the “OIC Memorial Day Program” and aimed at disseminating of historical truth on the mass massacre of Azerbaijani civilians perpetuated by the armed forces of the Republic of Armenia in the town of Khojaly in February 1992, which constitutes the crime against humanity. We call upon Member States to support and actively participate in the events of the Campaign and exert due efforts for recognition on national and international levels of this genocidal act as a crime against humanity”.)

24 fevral 2013-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlığı Təşkilatının Baş Katibliyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş geniş anım mərasimi keçirilmişdir. Tədbirdə İƏT-in Baş Katibi cənab Ekmeleddin İhsanoğlu, İslam İnkişaf Bankının (İİB) Prezidenti cənab Əhməd Məhəmməd Əli Əl-Mədəni, bankın və İƏT Baş Katibliyinin əməkdaşları, İƏT-ə üzv dövlətlərin nümayəndələri, Ciddədə fəaliyyət göstərən Baş konsullar, eləcə də burada yaşayan azərbaycanlılar və KİV nümayəndələri ilə birgə 100 nəfərə yaxın qonaq iştirak etmişdir. Anım mərasimində İƏT-in Baş Katibi cənab E.İhsanoğlu, İslam İnkişaf Bankının Prezidenti cənab Əhməd Məhəmməd Əli Əl-Mədəni AR-in SƏK-dəki Səfiri cənab Rasim Rzayev, Pakistan İslam Respublikasının Ciddədəki Baş Konsulu çıxış etmişdir.

25-26 aprel 2013-cü il tarixlərində Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı keçirilmişdir. Bu toplantıda əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahəsində üzv ölkələr arasında gələcək prioritetləri müəyyən edən Çərçivə Sənədi qəbul edilmişdir. Konfransda qəbul edilmiş ən mühüm qərarlardan biri isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi ilə İƏT Əmək Mərkəzinin (OIC Labour Center) yaradılması olmuşdur. Azərbaycan Respublikası İƏT Əmək Mərkəzinə ev sahibliyi etməyə hazırlığı və Mərkəzin uğurla fəaliyyət göstərməsi üçün hər cür köməklik göstərəcəyi vurğulanmışdır.

11 iyun 2013-cü il tarixində Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs     Əl-Qüds şəhərinə dəstək məqsədilə donor Konfransının və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransı keçirilmişdir.

Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 2013-cü ilin 28 oktyabr tarixində “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilmişdir.  İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub. Azərbaycanın Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Ban Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər.

2013-cü ilin 31 oktyabr - 1 noyabr tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri iştirak etmişdir.

İƏT Xarici İşlər Nazirləri Şurasının 9-11 dekabr 2013-cü il tarixlərində Qvineyada keçiriləcək 40-cı Sessiyasına hazırlıq məqsədilə 5-7 noyabr 2013-cü il tarixlərində Ciddə şəhərində keçirilən Yüksək Rütbəli Məmurların toplantısı keçirilmiş, AR XİN nümayəndə heyəti toplantıda iştirak etmişdir.

8-12 noyabr 2013-cü il tarixində İSESCO-nun Uşaq Məsələləri üzrə Məsul Nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri”adlı IV Konfransı Bakıda keçirilmişdir.

2013-cü ilin 25 noyabr tarixində vəzifə müddətinin başa çatması ilə əlaqədar olaraq,  İslam Əməkdaşlığı Təşkilatının Baş katibi cənab Ekmeleddin İhsanoğlu Azərbaycan Respublikasına rəsmi vida səfəri etmişdir. Səfər zamanı c-b                E. İhsanoğlu AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş, AR Xarici İşlər Naziri c-b E. Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə ilə görüşmüşdür.

2013-cü ilin 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin XXXX sessiyasında Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov nümayəndə heyəti ilə iştirak etmişdir. Sessiya çərçivəsində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması” haqqında qətnamələr qəbul edilmişdir. Konakri Bəyannaməsinin 16, 38, 45, 46 və 47-ci bəndləri Azərbaycanla bağlı idi. (16 -We pay tribute to the Government of the Republic of Azerbaijan for having convened in June 2013 in Baku the Donors Conference for the strategic development Plan of Al-Quds Al-Sharif and the Conference for the Establishment of an Islamic Financial Safety Net in the State of Palestine.; 38 - We condemn the Armenian aggression against Azerbaijan and call for the immediate withdrawal of Armenian forces from the occupied territories of Azerbaijan.; 45 - We reiterate our support for the recent actions meant to strengthen cooperation in the fields of agricultural development, labor, productivity and employment. We commend the resolution of the 38th session of the CFM to establish an OIC Food Security institution in Astana, Republic of Kazakhstan, as well as the results of the 2nd Conference of OIC Labor Ministers, held in Azerbaijan from 23 to 26 April 2013, in particular the adoption of the OIC Cooperation Framework in the Areas of Labor, Employment and Social Protection. We encourage the creation of similar institutions in other regions of the Islamic Ummah.; 46 - We welcome the decision adopted by the Conference of OIC Ministers of Labor, held in Baku, on 25 - 26 April, 2013, relating to the establishment of the OIC Centre for Labor, as proposed by His Excellency Mr. Ilham Aliyev, President of the Republic of Azerbaijan; and we also welcome the initiative taken by this country to host the said Centre. 47 - We positively welcome the 5th Session of the Ministerial Conference on the Role of Women in the Development of OIC Member States that will be held in November, 2014, in Azerbaijan and call upon all Member States to actively participate in that Conference).

2014-cü ilin 5-7 mart tarixlərində İƏT-in Baş Katibi İyad Əmin Mədəninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Baş Katib AR Prezidenti cənab İlham Əliyev, Xİ Naziri E.Məmmədyarov, Mədəniyyət və Turizm Naziri  Ə. Qarayev, DQİDK sədri cənab E. İsgəndərov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

17-18 iyun 2014-cü il tarixlərində Bakıda İslam Əməkdaşlığı Təşkilatının Əmək Nazirlərinin İkinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, Məşğulluq və Sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir.

18-19 iyun 2014-cü il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İƏT XİNŞ-nın növbəti 41-ci Sessiyasında Azərbaycan Respublikasını Xüsusi Tapşırıqlar üzrə Səfir cənab A. Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”  və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir.Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapmışdır.  Həmin bəndə əsasən, İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar. İclasın nəticəsi olaraq, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyanaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuşdur.

BMT-nin 69-cu sessiyası çərçivəsində 26 sentyabr 2014-cü il tarixində keçirilmiş İƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Koordinasiya (Əlaqələndirmə) İclasında AR Xarici İşlər Naziri cənab E. Məmmədyarov çıxış etmişdir. Öz çıxışında AR Xİ Naziri İƏT çərçivəsində artıq mövcud olan sahələrdə əməkdaşlığı genişləndirməklə yanaşı, əməkdaşlıq üçün mümkün yeni sahələrin də müəyyən edilməsinin olduqca vacib olduğunu qeyd etmişdir. AR Xarici İşlər Naziri öz çıxışında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verən və Ermənistanın zorakılığını qınayan İslam Ümmətinə təşəkkürünü bildirib. Öz çıxışında, cənab E. Məmmədyarov Azərbaycan Hökumətinin paytaxtı Şərqi Qüds olmaqla, qardaş Fələstin xalqının sülh, sabitlik və müstəqil dövlət yaratmaq üçün göstərdiyi səyləri dəstəklədiyini deyən Nazir İraqda şiddətin kəskinləşməsinə görə dərin narahatlıq hissi keçirdiyini bildirib. Daha sonra AR Xİ Naziri İƏT-BMT arasındakı münasibətlərin son illərdə daha da artdığından məmnunluğunu ifadə etmişdir.

20-21 oktyabr 2014-cü il tarixlərində Bakıda “İslam Əməkdaşlığı Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans keçirilmişdir.  

12 noyabr 2014-cü il tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş Fələstin və Qüdsün müdafiəsi üzrə İƏT Nazirlərinin Əlaqələndirmə Qrupunun birinci iclasında Azərbaycan Respublikasını Xüsusi Tapşırıqlar üzrə Səfir cənab A. Mehdiyev təmsil etmişdir. Növbədənkənar şəkildə keçirilmiş iclasın əsas səbəbi İsrailin əl-Aqsa Məscidi üzərində törətdiyi hadisələr olmuşdur. İclas zamanı İsrailin son zamanlar ardıcıl şəkildə həyata keçirdiyi təcavüzkar əməllərinin qarşısının alınması üçün təcili tədbirlər planının qəbul olunması məsələsi və onun həyata keçirilmə mexanizmi müzakirə olunmuşdur. İclas zamanı çıxış edən cənab A. Mehdiyev, ölkəmizin müsəlman dünyasının ayrılmaz parçası olaraq daim Fələstin və əl-Qüds məsələsinin ədalətli və hərtərəfli həllinin tərəfdarı olduğunu bildirib. Toplantının nəticəsi olaraq iclas iştirakçıları tərəfindən “Fəaliyyət Planı” və “Mətbuat Kommunikesi” qəbul olunmuşdur.

3-4 dekabr 2014-cü il tarixlərində Tehran şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) informasiya nazirlərinin 10-cu iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak etmişdir.        

21-22 yanvar 2015-ci il tarixlərində İstanbul şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası zamanı ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı etdiyi parlament nümayəndə heyəti təmsil etmişdir. 

5 fevral 2015-ci il tarixində Fələstin məsələsinin və əl-Qüds əl-Şərif şəhərinin müdafiəsi üzrə İslam Əməkdaşlığı Təşkilatının Nazirlərdən ibarət Əlaqələndirmə Qrupunun Norveç Krallığına, 25 fevral tarixində Rusiya Federasiyasına, 26-27 fevral tarixlərində Çin Xalq Respublikasına səfərləri  baş tutmuşdur. Səfərlər zamanı Azərbaycan Respublikasını Xüsusi Tapşırıqlar üzrə Səfir cənab A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

25 fevral 2015-ci il tarixində İƏT Baş katibi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Təşkilatın internet səhifəsində bəyanatla çıxış etmişdir.

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 6 aprel 2015-ci il tarixində Ciddə şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlığı Təşkilatının Baş katibi İ.Ə.Mədəni ilə görüşü baş tutmuşdur.

İƏT XİN Şurasının 27-28 may 2015-ci il tarixlərində Küveytdə keçiriləcək 42-ci sessiyasına hazırlıq məqsədilə 5-7 aprel 2015-ci il tarixlərində Ciddə şəhərində keçirilən Yüksək Rütbəli Məmurların toplantısında AR XİN Yaxın Şərq və Afrika İdarəsinin rəis müavini O. Qurbanov iştirak etmişdir.

İƏT Baş katibi Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “parlamenti”nə 3 may 2015-ci il tarixli qurama “seçki”ləri pisləmişdir.

18-19 may 2015-ci il tarixlərində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İƏT Baş Katibi İ.Ə.Mədəni iştirak etmişdir. Bakıya səfəri çərçivəsində İƏT Baş katibi AR Xarici İşlər Nazirinin müavini cənab X.Xələfov tərəfindən qəbul edilmişdir. 

27-28 may 2015-ci il tarixlərində Küveyt Dövlətində keçirilmiş İƏT XİN Şurasının 42-ci sessiyasında Azərbaycan Respublikasını Xarici İşlər Naziri E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”  və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) nümayəndə heyəti tərəfindən irəli sürülmüş “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” xüsusi qətnamə  yekdilliklə qəbul edilmişdir. Qətnamədə İƏT-ə üzv ölkələr Xocalı soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün lazımi səylər göstərməyə və “Xocalıya ədalət” kampaniyasında fəal iştirak etməyə  çağırılırlar. İclasın nəticəsi olaraq, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul edilmiş yekun Küveyt Bəyannaməsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanmışdır.

16 iyun 2015-ci il tarixində Yəməndəki vəziyyəti dəyərləndirmək məqsədilə İƏT-in mənzil-qərargahında (Ciddə şəhərində) keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısı zamanı Azərbaycan Respublikasını Xüsusi Tapşırıqlar üzrə Səfir cənab A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

24-25 avqust 2015-ci il tarixlərində İƏT Baş katibinin ölkəmizə işğüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində cənab İ.Ə.Mədəni AR Xarici İşlər Naziri tərəfindən qəbul edilmişdir.

10 sentyabr 2015-ci il tarixində İƏT Baş Katibliyi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “yerli özünüidarə orqanları”na 13 sentyabr 2015-ci il tarixli qurama “seçki”ləri pisləyən bəyanat yayılmışdır.

29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində AR Xarici işlər naziri cənab E. Məmmədyarovun İƏT Baş katibi   İ.Ə.Mədəni ilə görüşü baş tutmuşdur. BMT-nin 70-ci sessiyası çərçivəsində 1 oktyabr 2015-ci il tarixində keçirilmiş İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Koordinasiya (Əlaqələndirici) İclasında AR Xarici İşlər Naziri cənab E. Məmmədyarov çıxış etmişdir.

21 yanvar 2016-cı il tarixində SƏK-in Tehrandakı Səfirliyinə və Məşhəddəki Baş Konsulluğuna məlum hücumlarla əlaqədar, Səudiyyə Ərəbistanı hökumətinin təşəbbüsü ilə Ciddədə İslam Əməkdaşlığı  Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısı keçirilmişdir. Toplantıda ölkəmizi AR XİN-in idarə rəisi, səfir Eldar Səlimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

18 fevral 2015-ci il tarixində İƏT Baş katibi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Təşkilatın internet səhifəsində bəyanatla çıxış etmişdir.

6-7 mart 2016-cı il tarixində Qüds və Fələstin probleminə dair İslam ölkələri dövlət başçılarının Cakartada 5-ci Fövqəladə Sammiti keçirilmişdir. Sammitdə Azərbaycanı Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycan Respublikasının 1991-ci ildə İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olduğu vaxtdan bu günədək İslam ölkələri Dövlət Başçılarının sammitlərində və İslam ölkələri Xarici İşlər Nazirləri Şurasının sessiyalarında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul olunmuş sənədlərin qısa xronoloji icmalı

İslam ölkələri Dövlət Başçılarının sammitlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul olunmuş sənədlər:

  1. 7-ci Kasablanka Sammiti, 1994 - Yekun Komyunike
  2. 8-ci Tehran Sammiti, 1997 - Yekun Komyunike
  3. 9-cu Doha Sammiti, 2000 - Yekun Komyunike və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”  və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 21/9-P (İS), 25/9-C (İS) saylı qətnamələr
  4. 10-cu Putracaya (Malayziya) Sammiti, 2003 - Yekun Komyunike
  5. 3-cü Fövqəladə Məkkə Sammiti, 2005 - Yekun Komyunike
  6. 11-ci Dakar Sammiti, 2008 - Yekun Komyunike ilə yanaşı, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və  “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/11-P (İS), 2/11-C (İS) və 2/11-E (İS) saylı 3 qətnamə
  7. 4-cü Fövqəladə Məkkə Sammiti, 2012 - Yekun Komyunike
  8. 12-ci Qahirə Sammiti, 2013 - Yekun Komyunike

İslam ölkələri Xarici İşlər Nazirləri Şurasının sessiyalarında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul olunmuş qətnamələr və digər sənədlər;

  1. 5-ci İstanbul Fövqəladə Sessiyası, 1992, Yekun Komyunikenin 15-ci bəndi
  2. 21-ci Karaçi Sessiyası, 1993, Yekun Komyunikenin 44-cü bəndi və "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair" adlı, 12/21-P saylı qətnamə
  3. 7-ci İslamabad Fövqəladə Sessiyası, 1994, Yekun Komyunikenin 64-70-ci bəndləri və "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair" adlı, 5/7-EX saylı qətnamə
  4. 22-ci Kasablanka Sessiyası, 1994, Yekun Komyunikenin 70-73-cü bəndləri və "Ermənistanla Azərbaycan arasında münaqişəyə dair" və “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı, 11/22-P, 16/22-E saylı qətnamələr
  5. 24-cü Cakarta Sessiyası, 1996, Yekun Komyunikenin 80-85-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı, 12/24-P, 18/24-E saylı qətnamələr
  6. 25-ci Doha Sessiyası, 1998, Yekun Komyunikenin 63-cü bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” adlı, 13/25-P, 18/25-E saylı qətnamələr
  7. 26-cı Uaqaduqu (Burkina Faso) Sessiyası, 1999, Yekun Komyunikenin 63-cü bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 14/26-P, 19/26-E saylı qətnamələr
  8. 27-ci Kuala Lumpur Sessiyası, 2000, Yekun Komyunikenin 72-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 17/27-P, 20/27-E, 25/27-C saylı qətnamələr
  9. 29-cu Xartum Sessiyası, 2002, Yekun Komyunikenin 37-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 20/29-P, 21/29-E, 11/29-C saylı qətnamələr
  10.  30-cu Tehran Sessiyası, 2003, Yekun Komyunikenin 41-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 13/30-P, 21/30-E, 10/30-C saylı qətnamələr
  11.  31-ci İstanbul Sessiyası, 2004, Yekun Komyunikenin 38-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/31-P, 11/31-C saylı qətnamələr
  12.  32-ci Sana Sessiyası, 2005, Yekun Komyunikenin 40-41-ci bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/32-P, 10/32-E, 2/32-C saylı qətnamələr
  13.  33-cü Bakı Sessiyası, 2006, Bakı Deklarasiyasının 14-cü bəndi, Yekun Komyunikenin 45-46-cı bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/33-P, 10/33-E, 2/33-C saylı qətnamələr
  14.  34-cü İslamabad Sessiyası, 2007, Yekun Komyunikenin 3-4-cü bəndləri və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 7/34-P, 3/34-E, 2/34-C saylı qətnamələr
  15.  35-ci Kampala (Uqanda) Sessiyası, 2008, Kampala Deklarasiyasının 25-ci bəndi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 6/35-P, 3/35-E, 3/35-C saylı qətnamələr
  16.  36-cı Dəməşq Sessiyası, 2009, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/36-P, 3/36-E, 2/36-C saylı qətnamələr
  17.  37-ci Düşənbə Sessiyası, 2010, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/37-P, 6/37-E, 2/37-C saylı qətnamələr
  18.  38-ci Astana Sessiyası, 2011, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/38-POL, 10/38-ECO, 10/38-CUL saylı qətnamələr
  19.  39-cu Cibuti Sessiyası, 2012, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 9/39-POL, 8/39-E, 3/39-C saylı qətnamələr
  20.  40-cı Konakri (Qvineya) Sessiyası, 2013, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/40-POL, 6/40-E, 3/40-C saylı qətnamələr
  21.  41-ci Ciddə Sessiyası, 2014, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/41-POL, 5/41-E, 3/41-C saylı qətnamələr
  22.  42-ci Küveyt Sessiyası, 2015, Küveyt Deklarasiyası və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi” və “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” adlı, 10/42-POL, 4/42-E, 3/42-C saylı qətnamələr

Qeyd:

İslam ölkələri Dövlət Başçılarının müxtəlif illərdə keçirilmiş sammitlərində, habelə İslam ölkələri Xarici İşlər Nazirləri Şurasının illik və növbədənkənar sessiyalarında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair, ümumilikdə, 59 qətnamə qəbul edilmişdir. Bundan əlavə, ölkəmizin İƏT-ə üzvlüyündən bəri keçirilmiş 8 sammitin hamısının, Xarici İşlər Nazirləri Şurasının isə əksər sessiyalarının yekun komyunikelərində (bəzi hallarda müvafiq deklarasiyalarda) Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, Azərbaycanın işğal olunmuş torpaqlarından işğalçı qoşunların qeyd-şərtsiz çıxarılmasını, habelə münaqişənin ancaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini tələb edən müvafiq bəndlər öz əksini tapmışdır.

 
bakushop