Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş pasportu

Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-qeydiyyat idarəsi tərəfindən verilir. Bu pasportların etibarlılıq müddəti adətən 10 ilə qədər olur. Məlum olduğu kimi xaricdə yaşayan vətəndaşlarımızın etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya itmiş pasportlarının yenisi ilə əvəz edilməsi prosesini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu sahədə Daxili İşlər Nazirliyinin müvafiq strukturu ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə vətəndaşlarımız öz pasportlarını dəyişdirmək imkanlarına sahib olurlar.

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı yaşayan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri Səfirliyin Konsulluq şöbəsinə təqdim etməlidirlər:

18 yaşına çatmamış vətəndaşlara yeni ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlər:

1. Düzgün qaydada doldurulmuş ərizə-anket forması

2. Dörd ədəd 3x4 sm ölçüdə rəngli (donuq/matoviy) fotoşəkil (ərizəçinin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır).

3.  Vətəndaş valide
ynlərindən hər hansı birinin pasportuna yazılıbsa, həmin pasportun əsli (qaytarılacaqdır) və 1-ci, 2-ci, 3-cü, 4-cü səhifələrinin surəti və  konsulluq qeydiyyatı olan səhifənin surəti

  1. Valideynlərin şəxsiyyət vəsiqəsi, pasportları və iqamələrinin əsli (qaytarılacaqdır) və surətləri
  2. Nikah haqqında şəhadətnamənin əsli (qaytarılacaqdır) və surəti
  3. Vətəndaş valideynlərindən hər hansı birinin pasportuna yazılıbsa həmin valideyn tərəfindən yazılı ərizə
  4. Doğum haqqında şəhadətnamənin əsli (qaytarılacaqdır) və surəti
  5. Xəstəxanadan qan qrupu haqqında tibbi arayış və uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən arayış
  6. Valideynlərin razılıq ərizələri (Səfirlikdə yazılacaq)
  7. Valideynin iş yerindən arayış
  8. Uşağın iqaməsinin (qaytarılacaqdır) əsli və surəti
  9. Valideynlərin razılıq ərizələri üçün rüsum – 60 ABŞ dolları (hər ərizə üçün)
  10. Yeni pasportun verilməsi ilə bağlı konsulluq şöbəsində aparılan işlər ilə bağlı 55 ABŞ dolları məbləğində rüsum Səfirliyin “Səudiyyə-Holland” Bankının Ər-Riyad şəhəri filialının 037092936036 saylı hesabına ödənilməli və müvafiq qəbz təqdim olunmalıdır.

Qeydlər:

  • Sadalanmış bütün sənədlər poçt vasitəsi ilə göndərilə bilər. Eyni zamanda, bəzi hallarda yeni pasportun verilməsi ilə bağlı icraatın yerinə yetirilməsi üçün konsulluq şöbəsi vətəndaşı Səfirliyə dəvət etmək səlahiyyətinə malikdir.
  • Azərbaycanda ödəniləcək rüsum vətəndaşın Səfirliyin adına yazılmış ərizəsində adı çəkilmiş Azərbaycanda yaşayan qohumu və ya tanışları tərəfindən Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat idarəsinin bank hesabına ödənilməli və qəbz Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə Təqdim olunmalıdır.
  • Konsulluq şöbəsi vasitəsi ilə yeni pasportun rəsmiləşdirilməsi müddəti 3 aydır.
  • Yuxarıda göstərilən qaydada uyğun tərtib edilməyən sənədlər geri qaytarılacaqdır. Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun məbləğinin qaytarılmasına məsuliyyət daşımır.  

Konsulluq qeydiyyatına alınması

Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər

 1. Düzgün qaydada doldurulmuş anket (forma 118 a)

 2. Ümumvətəndaş pasportunun əsli və nüsxəsi (etibarlıq müddəti bitməməlidir)

 3. Azərbaycanın şəxsiyyət vəsiqəsi və onun iki üzünün nüsxəsi

 4. İki (2) ədəd rəngli (3x4 sm) ölçüdə fotoşəkil

 5. Pasportun birinci dörd vərəqəsinin surəti

 6. Vətəndaşın xarici ölkədə müvəqqəti və ya daimi yaşamasına icazə verən rezident kartı (iqama), tələbələr üçün - tələbə bileti

 7. Azyaşlı uşaqlar varsa, onların doğum haqqında şəhadətnamələrinin surətləri və fotoşəkilləri.

Sadalanmış bütün sənədlər poçt vasitəsi ilə göndərilə bilər. Eyni zamanda, bəzi hallarda konsulluq qeydiyyatı ilə bağlı icraatın yerinə yetirilməsi üçün konsulluq şöbəsi vətəndaşı Səfirliyə dəvət etmək səlahiyyətinə malikdir.

Konsulluq qeydiyyatına alınma haqqında qeyd pasport cildinin iç üzündə və yaxud pasportun digər boş vərəqində yazılır, sıra nömrə ilə qeydiyyata alınır, konsul tərəfindən imzalanır və möhürlənir.

Vətənə qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər

Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə yaşayan Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına düşməməsi bir halda onun pasportunun yararlıq müddətinin bitməsi, yararsız vəziyyət düşməsi, itməsi, habelə, o vətəninə deportasiya ediləndə, və yaxud mövcud pasportdan istifadə edə bilmədiyi halda (məsələn müddəti bitmiş pasportdan) vətəninə təcili qayıtmaq zəruriyyəti yarandıqda ona konsulluq şöbəsi tərəfindən Qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.

Qayıdış şəhadətnaməsi pasportu müvəqqəti əvəz edən sənəddir. Rəsmiləşdirildiyi tarixdən etibarlıq müddəti bir (1) aydan üç( 3) ayadək olan bu sənəd yalnız Azərbaycana bir dəfə səfər etmək üçün nəzərdə tutulur. Şəhadətnamənin sahibinin digər ölkələrdən yalnız tranzit keçmək hüququ vardır. 

 1. Ərizə (Səfirliyin adına ünvanlanmış ərizədə ərizəçinin soyadı, adı, atasının adı, xarici ölkəyə gəlmək tarixi, orada yaşayış ünvanı, müraciətin səbəbi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb-çıxmaması, Azərbaycana nəzərdə tutulan getmə tarixi və dəqiq marşrutu göstərilməlidir).

 2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. (Yararsız vəziyyətə düşmüş və ya etibarlıq müddəti keçmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlı sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi halda yerli dövlətin polis orqanından pasportun itirilməsini təsdiq edən arayış - əsli, Doğum haqqında şəhadətnamə tək sənəd olaraq təqdim edil bilməz )

 3. Aviakassadan biletlərin sifariş arayışının surəti

 3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

 4. Fotoşəkil 2 ədəd (3x4 sm) ölçüdə

 5. Ərizəçi ilə birlikdə onun pasportuna salınmış uşaq (uşaqları) Azərbaycana qayıdacağı halda, bu pasportun əsli və ya surəti (pasportun 2, 3, 4 və 5-ci səhifələrinin surəti) və uşaq (uşaqlarım) doğum haqqında şəhadətnamələrinin əsli və surəti, ərizəçinin uşaqlar ilə birlikdə çəkilmiş 2 ədəd fotoşəkil

 6. Səfirliyin “Səudiyyə-Holland” Bankının Ər-Riyad şəhəri filialının  037092936036 saylı hesabına 40 ABŞ dolları məbləğində rüsumun ödənilməsi haqqına qəbz təqdim olunmalıdır.

Qeyd: Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi müddəti bir (1) aydır. Yuxarıda göstərilən qaydada uyğun tərtib edilməyən sənədlər geri qaytarılacaqdır. Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun məbləğinin qaytarılmasına məsuliyyət daşımır.

Doğum haqqında şəhadətnamənin alınması üçün tələb olunan sənədlər:

Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uşaqlarının doğumu haqqında qeyd müvafiq olaraq Səfirliyin konsulluq bölməsi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.                                                                                                

  1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (pasport, şəxsiyyət vəsiqəsi, rezident kartı (iqama))- əsli və surəti;
  2. Valideyinlərin ərizəsi;
  3. Valideynlərin nikah haqqında şəhadətnaməsi - əsli və surəti;
  4. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd - əsli; (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərti ilə)

Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin vəfatı ilə bağlı sənədlər və s.) əsasında qeydiyyat işinə məsul şəxs müəyyən edir. Üzrlü hesab edilərsə müvafiq qaydada qeydiyyat aparılır və şəhadətnamə verilir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir.

Nikahın qeydə alınması

Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə daimi və ya müvəqqəti yaşayan nikaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün nikahın qeydə alınması Səfirliyin konsulluq bölməsi tərəfindən həyata keçirilir.

Nikaha daxil olmağı arzu edən vətəndaşlar Səfirliyin konsulluq bölməsinə şəxsən yazılı ərizə təqdim etməlidirlər. Ərizədə nikahın bağlanmasına mane olan halların – nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.

Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.

Nikah  Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay tez olmayaraq onların iştirakı ilə bağlanır.

Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.

Məhkum olub olmamaq haqqında arayışın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Ailə vəziyyəti haqqında arayışın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Uşaqların şəklinin (18 yaşına çatmamış) valideynlərdən birinin ümumvətəndaş pasportuna əlavə edilməsi üçün tələb olunan sənədlər

  1. Valideynlərin pasportları - əsli
  2. Hər iki valideynin razılıq ərizəsi
  3. Uşağın fotoşəkili - 2 ədəd (3x4 sm)
  4. Uşağın doğum haqqında şəhadətnaməsi - əsli
  5. Nikah haqqında şəhadətnamə - əsli
  6. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün tələb olunan sənədlər

  1. Ərizə-Anket forması (Əlavə olunur №1)
  2. Tərcümeyi-hal
  3. Fotoşəkil - 2 ədəd (3x4 sm)
  4. Şəxsiyyətini təsdiq edən sənədlərin surəti
  5. Doğum haqqında şəhadətnamənin surəti
  6. Valideynlərin şəxsiyyət vəsiqəsinin surəti
  7. Ölüm haqqında şəhadətnamənin surəti
  8. Keçmiş SSRİ nümunəli pasportun bütün səhifələrinin surəti
  9. Keçmiş SSRİ nümunəli hərbi biletin bütün səhifələrinin surəti
  10. Qaçqın statusunun olması haqqında sənədin surəti
  11. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Azərbaycan Respublikasının vətəndaşlığında imtina edilməsi üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına Ərizə-Anket (Əlavə olunur)
  2. Azərbaycan Respublikasındakı daimi yaşayış ünvanındakı qeydiyyatdan çıxması haqqında arayış
  3. Ukraynanın dövlət orqanlarından möhlət məktubu.
  4. Pasport və doğum haqqında şəhadətnamənin surəti (3 nüsxədə)
  5. Hərbi bilet və nikah haqqında şəhadətnamənin surəti (3 nüsxədə)
  6. Fotoşəkil - 6 ədəd (3x4 sm)
  7. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (400 ABŞ dolları)
  8. Yaşayış yerindən ailə vəziyyəti haqqında arayış
  9. Əmək kitabçasının surəti (3 nüsxədə)
  10. Yetkinlik yaşına çatmamış uşaqlar üçün ata və ana tərəfində notariat qaydada təsdiq edilmiş razılıq.

Dövlət Rüsumları

Dövlət rüsumu tutulmalı olan hərəkətlər (Dövlət rüsumu haqqında AR Qanununa əsasən)

Dövlət rüsumunun məbləği

16.1 Pasportların və vizaların verilməsinə görə:

 

16.1.2. ümumvətəndaş pasportların alınması məqsədi ilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə

55 ABŞ Dolları

16.1.3. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə

40 ABŞ dollar

16.1.4. xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə

4 Manat

16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə

4 manat

16.1.6. Şəxsi dəvətlə, turist sifəti ilə işgüzar və kommersiya sifəti işgüzar və kommersiya işləri ilə əlaqədar dövlət və ictimai siyasi təşkilatlar və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan özəl strukturların müraciəti ilə adi giriş vizası (3-90 gün) verilməsinə görə;

 

16.1.6.1. Birdəfəli giriş vizası

50 ABŞ dolları

16.1.6.2. İkidəfəli giriş vizası

100 ABŞ dolları

16.1.6.7. Çoxdəfəli giriş-çıxış vizası

350 ABŞ dolları

16.1.8. Turistlərin (yalnız turist vauçeri və ya turist göndərişini təqdim edənlərə şamil olunur) və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün

20 ABŞ dollar

16.1.9. Tranzit vizaların rəsmiləşdirilməsi üçün:

 

16.1.9.1. Adi tranzit vizası;

20 ABŞ dollar

16.1.9.2. İkidəfəli tranzit vizası;

40 ABŞ dollar

16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:

 

16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə;

150 ABŞ dolları

16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə

400 ABŞ dollar

16.3VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə:

 

16.3.1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

40 ABŞ dollar

16.3.2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

40 ABŞ dollar

16.3.3. Qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə;

10 ABŞ dollar

16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə;

50 ABŞ dollar

16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə;

40 ABŞ dollar

16.3.6. doğum, ölüm, nikah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə;

20 ABŞ dollar

16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədi ilə subaylıq haqqında arayışın verilməsinə görə.

30 ABŞ dollar

16.4Sənədlərin sorğu əsasında alınmasına görə:

 

16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):

 

16.4.1.1. Azərbaycan Respublikasında;

4 Manat

16.4.1.2. ölkə xaricində.

25 ABŞ dollar

16.5. Sənədlərin leqallaşdırılmasına görə:

 

16.5.1. Azərbaycan Respublikasında

4 Manat

16.5.2. xarici ölkədə

50 ABŞ dollar

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

 

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin notariat təsdiqinə görə;

50 ABŞ dollar

16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə;

25 ABŞ dollar

16.6.3müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:

 

16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;

75 ABŞ dollar

16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə;

150 ABŞ dollar

16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;

100 ABŞ dollar

16.6.3.4. sair müqavilələrin təsdiqinə görə

50 ABŞ dollar

16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətinin, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə;

20 ABŞ dollar

16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;

20 ABŞ dollar

16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün);

60 ABŞ dollar

16.6.7. Sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):

 

- xarici dillərdən

20 ABŞ dollar

- xarici dillərə

40 ABŞ dollar

16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə;

50 ABŞ dollar

16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə;

50 ABŞ dollar

16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə;

100 ABŞ dollar

16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə;

100 ABŞ dollar

16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə;

100 ABŞ dollar

16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;

100 ABŞ dollar

16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə;

100 ABŞ dollar

16.6.15. Konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə;

200 ABŞ dollar

16.6.16. malların və digər əmlakın satışına görə;

100 ABŞ dollar

16.6.17. Konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə;

20 ABŞ dollar

16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün);

50 ABŞ dollar

16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyətı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün);

50 ABŞ dollar

16.6.20. icra qeydlərinin aparılmasına görə;

30 ABŞ dollar

16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;

100 ABŞ dollar

16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə.

50 ABŞ dollar

16.7. Digər konsul əməliyyatlarına görə.

 
bakushop