3 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərarının əksinə olaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca, xüsusilə Tərtər və Ağdərə istiqamətində artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutur, həmlə və təxribat əməllərini davam etdirir.
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür.
- AZƏRBAYCAN HAQQINDA
- SƏFİRLİK
- İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
- KONSULLUQ VƏ VİZA
- ASAN Viza ( e-Visa)
- Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
- Dövlət rüsumu
- Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş"
- Səudiyyə Ərəbistanı Krallığında müvəqqəti yaşayan Azərbaycan vətəndaşları haqqında qısa məlumat
- Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş pasportu
- Konsulluq qeydiyyatına alınması
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər
- Doğum haqqında şəhadətnamənin alınması üçün tələb olunan sənədlər:
- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün tələb olunan sənədlər
- Notariat hərəkətləri
- XƏBƏRLƏR
- ƏLAQƏ