2016-04-25
Səudiyyə Ərəbistanı - Azərbaycan Dostluq Komitəsinin sədri tərəfindən şam ziyafəti təşkil olunmuşdur
25 aprel 2016-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasında Səudiyyə Ərəbistanı - Azərbaycan Dostluq Komitəsinin sədri Abdullah bin Məhəmməd Əl-Nasirin adından Azərbaycan, Rusiya, Gürcüstan, Albaniya və Kosovonun Səudiyyə Ərəbistanı Krallığındakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin şərəfinə şam ziyafəti təşkil olunmuşdur.
 
Ziyafətdə Səudiyyə Ərəbistani-Azərbaycan Dostluq Komitəsinin üzvlərindən Abdullah bin Əli Əl-Munif, Səid bin Abdullah Al Şeyx, Həni bin Yusif Xaşoqçi, Mustafa bin Məhəmməd Əl-İdrisi, Məhəmməd bin Dəxil Əl-Muteyri, xanım Əməl bint Sələmə Əl-Şaman və xanım Nihad bint Məhəmməd Əl-Ceşi iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop