2016-05-09
28 may-Respublika Günü ilə əlaqədar SƏK-in nüfuzlu "Əl-Həyat" qəzetində Səfir Rasim Rzayevlə "Azərbaycan səfiri: Səudiyyə Ərəbistanı müstəqilliyimizi tanımış ilk dövlətlərdən biridir" adlı geniş müsahibə çap olunmuşdur.
Müsahibədə 1918-ci ildə Şərqdə qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən, Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat vermişdir.
Səfir R.Rzayev bundan 24 il öncə Azərbaycan  Səudiyyə Ərəbistanıarasında diplomatik əlaqələrin qurulması, ölkələr arasında ikitərəfli əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə intensiv şəkildə inkişafı, əldə olunmuş uğurlar və neft-qaz sahəsində imzalanmış sazişlər, eləcədə Səfirliyin bu illər ərzində göstərdiyi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
 
Həmçinin, R.Rzayev müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat vermiş, beynəlxalq təşkilatlar çərçivəsində SƏK rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləndiyini, münaqişə ilə bağlı SƏK və İƏT-nin tutduğu prinsipial mövqeyini, ölkəmizin 20 faiz ərazisinin işğal olunduğunu və 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığını xüsusi ilə qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop