2016-05-25
İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə
Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi
Səudiyyə Ərəbistanının Kralı
 
növbəti xəbər əvvəlki xəbər

 
bakushop