2016-08-30
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev avqustun 30-da Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni ilə görüşüb.

Azərbaycana səfərini məmnunluqla xatırlayan Baş katib ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Səfir R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzün nəticələri və törətdiyi fəsadlarla bağlı Baş katibi məlumatlandırıb. Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasına giriş vizasının rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsinin turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığıni diqqətə çatdıran səfir qeyd edib ki, atılan addımların məntiqi nəticəsi olaraq KƏŞ ölkələrindən Azərbaycana turizm axını artmaqdadır.

Görüşdə Azərbaycan-KƏŞ münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı yolları müzakirə olunub, əlaqələrin perspektivinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımıdır ki, 09-13 iyun 2013-cü il tarixlərində Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilib və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bu səfər çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Körfəz Əməkdaşlığı Şurasının Baş Katibliyi arasında “Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu” imzalanıb. Bundan əlavə, KƏŞ-i təmsil edən nümayəndə heyəti Qəbələ rayonunda olaraq bu bölgənin turizm imkanları ilə maraqlanıb, yerli müəssisələrində istehsal proseslərini yaxından izləyib.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop