2016-10-20
“Ər-Riyad” qəzeti ərəbdilli oxucuları Azərbaycan barədə məlumatlandırır

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən “Ər-Riyad” qəzetində “Azərbaycan: mübarizənin, quruculuğun və inkişafın 25 illiyi” sərlövhəli məqalə dərc olunub.

Qəzetin beynəlxalq əlaqələr departamentinin hazırladığı məqalədə 18 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə Bakı şəhərinin Heydər Əliyev Mərkəzində təntənəli qəbulun təşkil olunması və qəbulda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı qeyd olunub, Azərbaycanın müsəlman şərqində ilk demokratik respublika olduğu vurğulanır.

Prezident İlham Əliyevin çıxışında yer alan Azərbaycanda siyasi sabitliyinin və təhlükəsizliyin hökm sürdüyü, torpaqlarımızın 20 faizinin işğal olunmasının ölkəmizin iqtisadi inkişafına böyük zərər vurması barədə fikirləri məqalədə diqqətə çatdırılır.

Məqalədə oxuculara Ermənistanın silahlı bölmələri tərəfindən torpaqlarımızın işğal edildiyi, buna baxmayaraq Azərbaycan qısa bir zaman ərzində qüdrətli dövlətə çevrildiyi diqqətə çəkilir. Bildirilir ki, son illərdə ölkəmizdə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir, o cümlədən, Azərbaycanın dünya turizm xəritəsində öz yerini tutur.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop