2017-01-20
“Ər-Riyad” qəzeti Azərbaycan səfirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayıb

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin 20 Yanvar faciəsi ilə bağlı “Şəhidlərin qanı ucadır” adlı məqaləsi bu ölkədə fəaliyyət göstərən “Ər-Riyad” qəzetində ərəb və ingilis dillərində dərc olunub.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur. Bu faciənin bəşəri dəyərlərə qarşı cinayət olduğunu əsaslandıran R.Rzayev yazır ki, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri zamanı Azərbaycana ağır mənəvi və xeyli maddi zərər vurulub, xalqın bütün hüquqları pozulub.

Bütün bunların keçmiş sovet imperiyasının o vaxtkı rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran müəllif Qanlı Yanvar hadisələrində şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların, qocaların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi faktları barədə məlumat verib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında xalqımıza qarşı törədilmiş bu hərbi cinayətə etiraz etməsi, sonrakı illərdə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, faciə zamanı həyatlarını qurban vermiş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi, şəhidlərimizin ailə üzvlərinə və hərbi müdaxilə zamanı yaralanan insanlara dövlət qayğısının göstərilməsi məsələlərindən də bəhs olunur.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop