2017-02-17
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda İƏT-in baş katibi Yusif Əl Osaymin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş vəhşilik nəticəsində həlak olanların xatirəsini ehtiramla anıb.

Bəyanatda Xocalı faciəsinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin nəticəsi olduğu bildirilir, İƏT Xarici İşlər Nazirlərinin əvvəlki iclaslarında qəbul etdikləri qətnamələrdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən əməllərin insanlığa qarşı cinayət kimi öz əksini tapdığı vurğulanır.

Sonda baş katib İƏT-in Azərbaycan Respublikasının ərazilərinin işğal altında olmasına son qoymaq və ərazi bütövlüyünü bərpa etmək istiqamətində təşəbbüslərini və səylərini tam dəstəklədiyini bir daha bəyan edir.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop