2018-11-12
11 noyabr 2018-ci ildə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahında Səudiyyə Ərəbistanının Əmək və sosial inkişaf naziri cənab Əhməd Əl-Rachi Səudiyyə Hökuməti adından İƏT Əmək Mərkəzinin Nizamnaməsini imzalamışdır.

Beləliklə, Türkiyə və Azərbaycandan sonra, Səudiyyə Ərəbistanı Mərkəzin nizamnaməsini imzalayan 3-cü ölkə olmuşdur.

Mənzil-qərargahı Bakıda olacaq İƏT Əmək Mərkəzinin yaradılması təşəbbüsü İƏT Əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilmiş 2-ci sessiyası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş, İƏT Əmək nazirlərinin 2015-ci ilin oktyabrında Cakartada keçirilmiş 3-cü sessiyasında Mərkəzin nizamnaməsi qəbul edilmiş və 2016-cı ilin oktyabrında İƏT XİN Şurasının Daşkənddə keçirilmiş 43-cü sessiyasında təsdiqləndikdən sonra üzv ölkələrin imzasına açıq elan edilmişdir.

İmzalama mərasimində İƏT Baş katibi Yusif Əl-Useymin və Azərbaycanın İƏT yanında daimi nümayəndəsi səfir Şahin Abdullayev iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər