2019-02-05
Azərbaycan və Səudiyyə Ərəbistanı ədliyyə sahəsində Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Səudiyyə Ərəbistanı ədliyyə sahəsində Anlaşma Memorandumu imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın MENAFN nəşri bildirib.

Sənəd iki ölkənin ədliyyə nazirləri - Fikrət Məmmədov və Valid bin Məhəmməd əl-Samaani tərəfindən imzalanıb.

Sənəd təcrübə, bilik mübadiləsini, treninqlərin, mühazirələrin keçirilməsini, habelə ədliyyə sahəsində hər iki tərəf arasında əlaqə yaradılımasını nəzərdə tutur.

növbəti xəbər əvvəlki xəbər