2019-03-04
KOBİA ilə Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumu əməkdaşlığa dair Proqram imzalayıb YENİLƏNİB

Martın 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumu (SAGIA) arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb.

AZƏRTAC xəbər verir ki, martın 4-də Bakıda keçirilən Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində imzalanan sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbərinin müavini Ayid Hadi əl-Uteybi imzalayıblar. Sənəddə ölkələrimiz arasında investisiya sahəsində əlaqələrin genişləndirilməsi və bu sahədə görüləcək tədbirlər öz əksini tapıb.

növbəti xəbər əvvəlki xəbər