2019-04-08
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İslam ölkələrinin antiterror hərbi koalisiyası mərkəzində olub

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İslam ölkələrinin antiterror hərbi koalisiyası mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, fəaliyyətinin prioritet istiqamətləri barədə ətraflı məlumat verilib.

https://azertag.az/xeber/1266783

növbəti xəbər əvvəlki xəbər