2019-04-08
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanı HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-polkovnik N.Sadıkov ilə Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

https://azertag.az/xeber/1266857

növbəti xəbər əvvəlki xəbər