Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında enerji təhlükəsizliyi və yaşıl transformasiya üzrə strateji tərəfdaşlıq
Səudiyyə Ərəbistanının nüfuzlu “Əlcəzirə” qəzetində dərc olunan məqalədə Azərbaycanın qlobal enerji təhlükəsizliyində artan rolu, “Bakı Enerji Həftəsi 2026” çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi strateji mesajlar və ölkəmizin yaşıl enerji sahəsində əldə etdiyi nailiyyətlər geniş işıqlandırılıb. Məqalədə Azərbaycanın enerji diplomatiyası, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, bərpaolunan enerji layihələri, eləcə də Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti ilə həyata keçirilən əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirdiyi vurğulanıb.