Azərbaycanın Müstəqillik Günü ərəfəsində “Asharq Al-Awsat” qəzetində Azərbaycanla bağlı müsahibə dərc olunub
Azərbaycanın Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri cənab Mütəllim Mirzəyev “Asharq Al-Awsat” qəzetinə müsahibə verərək, Azərbaycan–Səudiyyə Ərəbistanı arasında strateji tərəfdaşlığın davamlı şəkildə inkişaf etdiyini, iqtisadi əməkdaşlığın genişləndiyini, enerji və investisiya sahələrində birgə layihələrin uğurla həyata keçirildiyini vurğulamışdır. Müsahibədə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ağıllı şəhər, yaşıl enerji və dayanıqlı inkişaf prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Zəngəzur dəhlizi və Orta Dəhlizin regional bağlantıların və qlobal təchizat zəncirlərinin gücləndirilməsində strateji əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Səfir əlavə olaraq bildirmişdir ki, Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləmişdir.