“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyul 2026

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Ər-Riyad şəhərinin meri ilə görüşüb

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev Ər-Riyad şəhərinin meri, şahzadə Feysəl bin Əbdüləziz bin Ayyaf ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yüksələn xətt üzrə inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri məmnunluqla qeyd olunub. Tərəflər Bakı və Ər-Riyad şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulması, qardaşlaşma münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, şəhərsalma, ağıllı şəhər texnologiyaları, rəqəmsal bələdiyyə xidmətləri, turizm, mədəniyyət və digər sahələrdə təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Şahzadə Feysəl bin Əbdüləziz bin Ayyaf Bakıda Ümumdünya Şəhərsalma Forumunun uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıb, Bakı ilə Ər-Riyad arasında institusional əməkdaşlığın qurulmasına dəstəyini ifadə edərək, bu istiqamətdə aidiyyəti qurumlar arasında əlaqələrin inkişafına hər cür kömək göstərməyə hazır olduğunu bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti