Səfir cənab Mütəllim Mirzəyev Minada Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi və Baş naziri, Əlahəzrət Şahzadə Mohammed bin Salman Al Saud tərəfindən təşkil olunan illik Həcc qəbulunda iştirak etmişdir
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri cənab Mütəllim Mirzəyev Minada Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi və Baş naziri, Əlahəzrət Şahzadə Mohammed bin Salman Al Saud tərəfindən təşkil olunan illik Həcc qəbulunda iştirak etmişdir. Qəbul mərasimində İslam dünyasının müxtəlif ölkələrindən yüksək vəzifəli rəsmilər, səfirlər və digər nüfuzlu qonaqlar iştirak etmişlər. Tədbir Krallığın zəvvarlara xidmət göstərilməsi və Həcc ziyarətinin uğurla təşkili istiqamətində göstərdiyi davamlı səylərin bariz nümunəsi olmuşdur.