Səfir Mütəllim Mirzəyev Səudiyyə Ərəbistanı Şura Məclisinin Səudiyyə–Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev Səudiyyə Ərəbistanı Şura Məclisinin Səudiyyə–Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin sədri doktor Əli M. Əl-Şəhrani ilə görüşüb.
Görüş zamanı tərəflər Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edərək, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin və qanunverici orqanlar arasında qarşılıqlı mübadilələrin təşviqinin əhəmiyyətini vurğulayıblar.
Görüş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında strateji tərəfdaşlığın və uzun illərə söykənən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində hər iki tərəfin ortaq iradəsini bir daha təsdiqləyib.