Səudiyyəli müəllif Əhməd Tabeçi “Al Watan” qəzetində Azərbaycanın Yarpaq Dolması ənənəsindən yazıb
Səudiyyəli müəllif Əhməd Əl-Tabeçi “Al Watan” qəzetində dərc olunan son məqaləsində Azərbaycanın ənənəvi Yarpaq Dolmasının zəngin mədəni tarixindən bəhs edib, milli mətbəxin bir cəmiyyətin tarixi, adət-ənənələri və həyat tərzi ilə tanışlıq üçün mühüm vasitə olduğunu vurğulayıb.
Dolma sadəcə ənənəvi yemək deyil, eyni zamanda Azərbaycan xalqının ailə dəyərlərini, qonaqpərvərlik ənənələrini və zəngin mədəni irsini özündə əks etdirir. Dolmanın hazırlanması və süfrə ətrafında paylaşılması müxtəlif nəsilləri bir araya gətirir, onun hazırlanması ilə bağlı bilik və bacarıqlar isə ailələr daxilində nəsildən-nəslə ötürülür.
2017-ci ildə UNESCO Azərbaycanın “Dolmanın hazırlanması və paylaşılması ənənəsi”ni Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib. Bununla da bu ənənənin həmrəylik, qarşılıqlı hörmət və qonaqpərvərlik dəyərlərinin ifadəsindəki mühüm rolu beynəlxalq səviyyədə tanınıb.