“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 iyul 2026

Səudiyyənin aparıcı onlayn media platformalarından birində Azərbaycan Krallıqdan gələn turistlər üçün ən cəlbedici səyahət istiqamətlərindən biri kimi təqdim olunub

Səudiyyənin aparıcı onlayn media platformalarından birində Azərbaycan Krallıqdan gələn turistlər üçün ən cəlbedici səyahət istiqamətlərindən biri kimi təqdim olunub. Məqalədə Azərbaycanın ecazkar təbiəti, zəngin tarixi-mədəni irsi, müasir turizm infrastrukturu, dağ və qış turizmi, sağlamlıq və müalicə turizmi imkanları, təhlükəsizliyi, halal turizm imkanları və məşhur qonaqpərvərliyi xüsusi vurğulanır. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində formalaşdırılan yeni turizm istiqamətləri və marşrutlarının bölgənin turizm potensialını daha da artırdığı diqqətə çatdırılır. Məqalədə, həmçinin, Səudiyyə Ərəbistanı vətəndaşları üçün tətbiq olunan vizasız rejimin və Krallıqda yaşayan müəyyən kateqoriyadan olan əcnəbi rezidentlər üçün sadələşdirilmiş viza prosedurlarının Azərbaycanın Səudiyyə Ərəbistanından olan turistlər üçün əlçatan və cəlbedici turizm məkanı kimi mövqeyini daha da gücləndirdiyi qeyd olunur. 

 

ƏTRAFLI

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti