“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 may 2026

Səfir cənab Mütəllim Mirzəyev Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Zati-aliləri doktor Məhəmməd Əl-Casser ilə görüşüb

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında Daimi Nümayəndəsi cənab Mütəllim Mirzəyev Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Zati-aliləri doktor Məhəmməd Əl-Casser ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan ilə İİB Qrupu arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlərini, o cümlədən dayanıqlı inkişaf, infrastruktur, iqtisadi artım və institusional potensialın gücləndirilməsi sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin Bakıda keçiriləcək İİB Qrupunun illik toplantılarına hazırlıq prosesi, eləcə də tərəfdaşlıq və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti