Səfir Mutəllim Mirzəyev Səudiyyə Ərəbistanının aparıcı "Əl Riyad" qəzetinin baş redaktoru cənab Hani Fərid Vafa ilə görüşmüşdür
Səfir Mutəllim Mirzəyev Səudiyyə Ərəbistanının aparıcı "Əl Riyad" qəzetinin baş redaktoru cənab Hani Fərid Vafa ilə görüşmüşdür. Görüş Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında inkişaf edən tərəfdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparmaq, həmçinin iqtisadi, mədəni və media sahələrində genişlənən əməkdaşlığı vurğulamaq üçün mühüm imkan yaratmışdır.