Səfir Mütəllim Mirzəyev Expo 2030 Riyad Şirkətinin Beynəlxalq İştirakçılar və Strateji Maraqlı Tərəflərlə İş üzrə Baş Direktoru cənab Mulham Albakree ilə görüşüb
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri Mütəllim Mirzəyev Expo 2030 Riyad Şirkətinin Beynəlxalq İştirakçılar və Strateji Maraqlı Tərəflərlə İş üzrə Baş Direktoru cənab Mulham Albakree ilə görüşüb. Görüş zamanı bu mühüm beynəlxalq tədbirin hazırlıq prosesi, əsas inkişaflar və Azərbaycanın bu tədbirdə iştirakı ilə bağlı geniş məlumat təqdim olunub. Tərəflər, həmçinin Azərbaycanın uğurlu iştirakının təmin edilməsi məqsədilə sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.