“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 mart 2026

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirak edib.

Müzakirələr zamanı nazir fevralın 28-dən etibarən regionda yaranmış ciddi böhranla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Nazir yaranmış müharibədən sonra Azərbaycanın gördüyü tədbirlər barədə də məlumat verib. Bu çərçivədə İrana göstərilən humanitar yardım, o cümlədən Novruz və Ramazan bayramı ərəfəsində – martın 18-də göndərilən son humanitar yardım, həmçinin üçüncü ölkələr tərəfindən humanitar yüklərin çatdırılması və mülki şəxslərin təxliyəsi üçün Azərbaycan ərazisindən istifadənin təmin edilməsi qeyd olunub.

Eyni zamanda bildirilib ki, beynəlxalq hüququn fundamental prinsiplərinə – suverenliyə və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq prinsiplərinə ciddi riayət olunması regionda dayanıqlı sülh və sabitliyə aparan yeganə real yoldur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti