Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Azərbaycan Respublikasının Ər-Riyaddakı Səfirliyində dərin ehtiramla qeyd olunub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Azərbaycan Respublikasının Ər-Riyaddakı Səfirliyində dərin ehtiramla qeyd olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri, qonaqlar və səfirliyin əməkdaşları iştirak edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərinə ehtiramlarını bildiriblər.