“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 yanvar 2026

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.

Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə “OPEC+” formatında, həmçinin karbohidrogen, bərpaolunan enerji, enerji səmərəliliyi və tənzimləməsi istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Enerji sahəsində regional bağlantılar, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında enerji interkonnektivliyin artırılması ilə bağlı planlar çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti