“Ər-Riyad qəzeti”ndə “Səudiyyə Ərəbistanı–Azərbaycan münasibətləri: möhkəm tərəfdaşlıq və suverenliyə ardıcıl dəstək” sərlövhəli məqalə dərc edilib.
2025-ci il dekabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu mətbu orqanı olan “Ər-Riyad qəzeti”ndə “Səudiyyə Ərəbistanı–Azərbaycan münasibətləri: möhkəm tərəfdaşlıq və suverenliyə ardıcıl dəstək” sərlövhəli məqalə dərc edilib.
Məqalədə iki ölkə arasında qarşılıqlı hörmət, islam həmrəyliyi və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşmış əməkdaşlığa toxunulub. Məqalənin yekununda Prezident İlham Əliyevin doğum günü tarixi qeyd olunaraq, onun tam suveren Azərbaycanın lideri və Cənubi Qafqazda sülhün memarı olması xüsusi vurğulanıb.