“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 aprel 2026

Səfir Mütəllim Mirzəyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi xanım Deemah AlYahya ilə görüş keçirib

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi xanım Deemah AlYahya ilə görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərini, xüsusilə rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Müzakirələr çərçivəsində rəqəmsal transformasiyanın təşviqi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi məqsədilə innovativ təşəbbüslərin və tərəfdaşlığın genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti