“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2026

İƏT Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb

Bəyanatda 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 34-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın həlak olanların xatirəsini ehtiramla yad etdiyi bildirilir.

 

Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2025-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik haqqında” 46/51-POL saylı Qətnaməyə istinad edib, işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti