İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycan Respublikasının yeni Daimi Nümayəndəsinin etimadnaməsini qəbul edib
15 fevral 2026-cı il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Baş Katibliyin qərargahında Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyevi qəbul etmişdir. Görüş zamanı səfir M.Mirzəyev Azərbaycan Respublikasının İƏT-dəki Daimi Nümayəndəsi kimi qismində etimadnaməsini Baş katib H.Tahaya təqdim etmişdir. Görüş çərçivəsində, həmçinin Azərbaycan və İƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunmuş, Azərbaycanın İƏT-i və onun üzv dövlətlərini dəstəkləməkdə oynadığı mühüm roluna toxunulmuşdur.