Nazir Emin Əmrullayev Səudiyyə Ərəbistanının nüfuzlu “Asharq Al-Awsat” qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanının nüfuzlu “Asharq Al-Awsat” qəzetinə müsahibə verib. Müsahibə zamanı nazir Emin Əmrullayev Azərbaycanda həyata keçirilən təhsil islahatları, insan kapitalının inkişafı sahəsində prioritetlər və Səudiyyə Ərəbistanı da daxil olmaqla beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə danışıb. O, həmçinin davamlı inkişafın təmin olunmasında innovasiya, rəqəmsal transformasiya və gənclərin səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb.