Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri haqqında elan
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları münasibətilə 20–30 mart 2026-cı il tarixləri Azərbaycanda qeyri-iş günləri elan edilmişdir.
Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə Azərbaycan Respublikasının Səfirliyində və Konsulluq şöbəsində vətəndaş qəbulu və konsulluq xidmətlərinin göstərilməsi həyata keçirilməyəcəkdir.
Səfirliyin fəaliyyəti 31 mart 2026-cı il tarixindən etibarən adi iş rejimində davam etdiriləcəkdir.
Təcili və zəruri konsulluq məsələləri ilə bağlı vətəndaşlar aşağıdakı qaynar xətt nömrəsi vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər:
Qaynar xətt: +966 57 010 18 09
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi vətəndaşlarımızı qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, firavanlıq, sülh və əmin-amanlıq arzulayır.