Səfir cənab Mütəllim Mirzəyev Ər-Riyad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IPHRC) İcraçı Direktoru Dr. Hadi Ali Alyami ilə görüşüb
Səfir cənab Mütəllim Mirzəyev Ər-Riyad şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (IPHRC) İcraçı Direktoru Dr. Hadi Ali Alyami ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında insan hüquqları sahəsində əməkdaşlıq, dialoq və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də İƏT çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.