Səfir Mütəllim Mirzəyev Ciddə şəhərində İƏT-in iqtisadi məsələlər üzrə Baş katibinin müavini doktor Əhməd Kavesa Sengendo ilə görüşüb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında Daimi Nümayəndəsi cənab Mütəllim Mirzəyev Ciddə şəhərində İƏT-in iqtisadi məsələlər üzrə Baş katibinin müavini doktor Əhməd Kavesa Sengendo ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan ilə İƏT arasında iqtisadi sahədə əməkdaşlığı, o cümlədən ticarət, investisiya, dayanıqlı inkişaf və İƏT üzv dövlətləri arasında iqtisadi bağlantıların gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Həmçinin, İƏT çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.