“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 fevral 2026

Səfir Mütəllim Mirzəyev qədim əlyazmalar sərgisinin açılış mərasimində iştirak etmişdir

10 fevral 2026-cı il tarixində səfir Mütəllim Mirzəyev AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda ərəb dilində saxlanılan və Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Fondunda nümayiş etdirilən qədim əlyazmalar sərgisinin açılış mərasimində iştirak etmişdir. Mərasimdə Fondun icraçı direktoru Turki Məhəmməd Əl-Şuvayer ilə görüşən səfir M.Mirzəyev Əlyazmalar İnstitutunda saxlanılan, UNESCO-nun “Dünya yaddaşı” proqramının reyestrinə daxil edilən ərəb dilində əlyazmalar barədə qarşı tərəfə məlumat vermişdir. Sərgi 3 gün davam edəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti