Səfir Mütəllim Mirzəyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi xanım Deemah AlYahya ilə görüş keçirib
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi xanım Deemah AlYahya ilə görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərini, xüsusilə rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Müzakirələr çərçivəsində rəqəmsal transformasiyanın təşviqi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi məqsədilə innovativ təşəbbüslərin və tərəfdaşlığın genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.