Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyev SƏK xarici işlər nazirinin siyasi əlaqələr üzrə müavini Səud Əl Sati ilə görüşmüşdür. Görüş zamanı qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.