Səfir Mütəllim Mirzəyev Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Əl-Cəzirə” qəzetinin baş redaktoru Xalid Əl-Maliklə görüşmüşdür
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyev 18 yanvar 2026-cı il tarixində ölkənin nüfuzlu “Əl-Cəzirə” qəzetinin baş redaktoru Xalid Əl-Maliklə görüşmüşdür. Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsində medianın mühüm rolu vurğulanmış, həmçinin obyektiv və peşəkar jurnalistikanın xalqlar arasında qarşılıqlı anlaşmanın artırılmasına töhfə verdiyi qeyd edilmişdir.