Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib
26 fevral 2026-ci il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasını ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri, İƏT yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev təmsil edib. Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.