Səfir cənab Mütəllim Mirzəyev Ciddə şəhərində Krallığın ən qədim və nüfuzlu qəzetlərindən biri olan "Okaz" qəzetinin baş redaktoru cənab Cəmil Əl-Təyabi ilə görüşüb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri cənab Mütəllim Mirzəyev Ciddə şəhərində Krallığın ən qədim və nüfuzlu qəzetlərindən biri olan "Okaz" qəzetinin baş redaktoru cənab Cəmil Əl-Təyabi ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan Səfirliyi ilə “Okaz” qəzeti arasında formalaşmış yüksək səviyyəli münasibətləri və səmərəli əməkdaşlığı vurğulayıblar. Görüş çərçivəsində həmçinin “Okaz” qəzetində illər ərzində Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətlərinə dair dərc olunmuş tarixi məqalələr və arxiv fotoşəkillərlə tanışlıq olub. Bu materialların iki qardaş ölkə arasında uzunmüddətli dostluq və inkişaf edən tərəfdaşlığı əks etdirdiyi qeyd edilib. Səfir Mütəllim Mirzəyev “Okaz” qəzetinin Azərbaycana göstərdiyi daimi marağı, eləcə də Azərbaycanla bağlı, o cümlədən ikitərəfli əməkdaşlıq, mədəni təşəbbüslər və ölkəmizin ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərlə bağlı materialların işıqlandırılmasında oynadığı fəal rolu yüksək qiymətləndirib.