“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 mart 2026

Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə müsahibəsində Səfir Mutəllim Mirzəyev Azərbaycanda Ramazan ayının mənəvi, ictimai və milli əhəmiyyəti barədə fikirlərini bölüşüb

Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə müsahibəsində Səfir Mutəllim Mirzəyev Azərbaycanda Ramazan ayının mənəvi, ictimai və milli əhəmiyyəti barədə fikirlərini bölüşüb. Ramazan ayının yalnız dini ibadət dövrü olmadığı, eyni zamanda mənəviyyatın milli yaddaş, həmrəylik və münaqişədən sonrakı bərpa prosesi ilə qovuşduğu xüsusi bir zaman olduğu vurğulanıb. Azad olunmuş ərazilərdə Ramazanın yenidən qeyd olunması insanların öz doğma yurdlarına qayıdışını, həyatın bərpasını və gələcəyə olan ümidləri simvolizə edir. Müsahibədə qeyd olunub ki, Azərbaycan cəmiyyətində Ramazan ailə dəyərlərinin möhkəmləndiyi, nəsillər arasında bağların gücləndiyi, qarşılıqlı hörmət və qayğının artdığı bir dövrdür. Xüsusilə iftar süfrələri ailə üzvlərini bir araya gətirən, milli-mənəvi dəyərləri yaşadan mühüm ənənə kimi önə çıxır. Eyni zamanda, qonşuluq münasibətləri, ehtiyacı olanlara səssiz yardım göstərilməsi və yaşlı insanlara diqqət Ramazanın ayrılmaz hissəsidir. Xocalı faciəsinin Ramazan dövrünə təsadüf etdiyi xatırladılaraq, xalqımızın həmin ağır günləri səbr və dualarla qarşıladığı qeyd edilib. Bu gün isə Xocalı və digər azad olunmuş şəhərlərdə Ramazanın qeyd olunması mənəvi dirçəlişin, ədalətin təntənəsinin və gələcəyə artan ümidin rəmzi kimi dəyərləndirilir. Səfir, həmçinin Səudiyyə Ərəbistanında, xüsusilə Məkkə və Mədinədə Ramazan ayının xüsusi mənəvi mühitini vurğulayaraq, minlərlə insanın eyni anda iftar etməsinin İslam dünyasının birliyini və həmrəyliyini əks etdirdiyini bildirib.

 

Tam müsahibə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti