7 fevral, 2024-cü ildə keçiriləcək Prezident Seçkilərinə dair
Əziz Azərbaycanlılar!
Məlum olduğu kimi, Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində seçki məntəqəsi yaradılıb. Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Səfirlikdə hazırlıq işləri görülür.
Səudiyyə Ərəbistanı Krallığında (Ər-Riyad şəəhərində) daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının aşağıda qeyd olunan əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.
Mraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının tam adı, pasport və ya şəxsiyyət vəsiqəsinin surəti, yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.
AR-ın SƏK-dəki səfirliyi,
Telefon: +966 114192382
Qaynar xətt: +966539695250 (Whatsapp)
Elektron poçt: riyadh@mission.mfa.gov.az