Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər

https://mfa.gov.az/az/category/azerbaycan-respublikasinin-xarici-olkelerdeki-diplomatik-numayendelikleri-ve-konsulluqlari-terefinden-gosterilen-xidmetler/qayidis-sehadetnamesinin-verilmesi-ucun-teleb-olunan-senedler  Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə yaşayan Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına düşməməsi bir halda onun pasportunun yararlıq müddətinin bitməsi, yararsız vəziyyət düşməsi, itməsi, habelə, o vətəninə deportasiya ediləndə, və yaxud mövcud pasportdan istifadə edə bilmədiyi halda (məsələn müddəti bitmiş pasportdan) vətəninə təcili qayıtmaq zəruriyyəti yarandıqda ona konsulluq şöbəsi tərəfindən Qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.

Qayıdış şəhadətnaməsi pasportu müvəqqəti əvəz edən sənəddir. Rəsmiləşdirildiyi tarixdən etibarlıq müddəti bir (1) aydan üç( 3) ayadək olan bu sənəd yalnız Azərbaycana bir dəfə səfər etmək üçün nəzərdə tutulur. Şəhadətnamənin sahibinin digər ölkələrdən yalnız tranzit keçmək hüququ vardır. 

 1. Ərizə (Səfirliyin adına ünvanlanmış ərizədə ərizəçinin soyadı, adı, atasının adı, xarici ölkəyə gəlmək tarixi, orada yaşayış ünvanı, müraciətin səbəbi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb-çıxmaması, Azərbaycana nəzərdə tutulan getmə tarixi və dəqiq marşrutu göstərilməlidir).

 2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. (Yararsız vəziyyətə düşmüş və ya etibarlıq müddəti keçmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlı sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi halda yerli dövlətin polis orqanından pasportun itirilməsini təsdiq edən arayış - əsli, Doğum haqqında şəhadətnamə tək sənəd olaraq təqdim edil bilməz )

 3. Aviakassadan biletlərin sifariş arayışının surəti

 3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

 4. Fotoşəkil 2 ədəd (3x4 sm) ölçüdə

 5. Ərizəçi ilə birlikdə onun pasportuna salınmış uşaq (uşaqları) Azərbaycana qayıdacağı halda, bu pasportun əsli və ya surəti (pasportun 2, 3, 4 və 5-ci səhifələrinin surəti) və uşaq (uşaqlarım) doğum haqqında şəhadətnamələrinin əsli və surəti, ərizəçinin uşaqlar ilə birlikdə çəkilmiş 2 ədəd fotoşəkil

 6. Səfirliyin Bank hesabına 10 ABŞ dolları məbləğində rüsumun ödənilməsi haqqında qəbz təqdim olunmalıdır.

      BANK REQUISITES:
      Beneficiary: EMBASSY OF AZERBAIJAN
      Account/IBAN No: SA3745000000818086712081
      Swift Code: SABBSARI
      Bank: The Saudi British Bank

Qeyd: Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi müddəti bir (1) aydır. Yuxarıda göstərilən qaydada uyğun tərtib edilməyən sənədlər geri qaytarılacaqdır. Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun məbləğinin qaytarılmasına məsuliyyət daşımır.

Arxiv üzrə axtarış