Konsulluq qeydiyyatına alınması

Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər

 1. Düzgün qaydada doldurulmuş anket (forma 118 a)

 2. Ümumvətəndaş pasportunun əsli və nüsxəsi (etibarlıq müddəti bitməmiş)

 3. AR şəxsiyyət vəsiqəsi və onun hər iki üzünün nüsxəsi

 4. İki (2) ədəd rəngli (3x4 sm ölçüdə) fotoşəkil

 5. Pasportun ilk dörd vərəqəsinin surəti

 6. Vətəndaşın xarici ölkədə müvəqqəti və ya daimi yaşamasına icazə verən rezident kartının surəti (iqama), tələbələr üçün - tələbə bileti

 7. Azyaşlı uşaq və ya uşaqlar varsa, doğum haqqında şəhadətnamənin surət(lər)i və fotoşəkil(lər)i.

Sadalanmış bütün sənədlər poçt vasitəsi ilə göndərilə bilər. Eyni zamanda, bir sıra hallarda konsulluq qeydiyyatı ilə əlaqədar icraatın yerinə yetirilməsi məqsədilə konsulluq şöbəsi vətəndaşı Səfirliyə dəvət edə bilər.

 

Arxiv üzrə axtarış