Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin alınması üçün tələb olunan sənədlər
https://mfa.gov.az/az/category/azerbaycan-respublikasinin-xarici-olkelerdeki-diplomatik-numayendelikleri-ve-konsulluqlari-terefinden-gosterilen-xidmetler/qayidis-sehadetnamesinin-verilmesi-ucun-teleb-olunan-senedler Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda yaşayan Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddətinin bitməsi, yararsız vəziyyətə düşməsi, itməsi, habelə, deportasiya edildiyi təqdirdə və ya mövcud pasportdan istifadə edə bilmədiyi halda (məsələn müddəti bitmiş pasportdan) vətənə təcili qayıtmaq zərurəti yarandıqda ona konsulluq şöbəsi tərəfindən Qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.
Qayıdış şəhadətnaməsi pasportu müvəqqəti əvəz edən sənəddir. Rəsmiləşdirildiyi tarixdən etibarlıq müddəti bir (1) aydan üç( 3) ayadək olması mümkün olan bu sənəd yalnız Azərbaycana bir dəfə səfər etmək üçün nəzərdə tutulur. Adına Şəhadətnamə rəsmiləşdirilmiş çəxsin digər ölkələrdən yalnız tranzit keçmək hüququ vardır.
1. Ərizə (Səfirliyə ünvanlanmış ərizədə ərizəçinin soyadı, adı, atasının adı, xarici ölkəyə gəlmək tarixi, orada yaşayış ünvanı, müraciətin səbəbi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb-çıxmaması, Azərbaycana nəzərdə tutulan getmə tarixi və marşrutu göstərilməlidir).
2. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd. ((Yararsız vəziyyətə düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikasının ümumvətəndaş pasportu), Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi - əsli, Azərbaycan Respublikasının hərbi bileti - əsli, Azərbaycan Respublikasının etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi - əsli, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu itirildiyi təqdirdə yerli dövlətin polis orqanından pasportun itməsini təsdiq edən arayış - əsli, (Doğum haqqında şəhadətnamə tək sənəd olaraq təqdim edil bilməz))
3. Aviabiletin surəti (varsa)
3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz
4. Fotoşəkil 2 ədəd (3x4 sm) ölçüdə
5. Ərizəçi ilə birlikdə onun pasportuna salınmış uşaq (uşaqları) Azərbaycana qayıdacağı halda, bu pasportun əsli və ya surəti (pasportun 2, 3, 4 və 5-ci səhifələrinin surəti) və uşaq (uşaqlarım) doğum haqqında şəhadətnamələrinin əsli və surəti, ərizəçinin uşaqlar ilə birlikdə çəkilmiş 2 ədəd fotoşəkil
6. Səfirliyin Bank hesabına (digər hallar nəzərdə tutulmayıbsa) 10 ABŞ dolları məbləğində rüsumun ödənilməsi haqqında qəbz.
BANK REQUISITES:
Beneficiary: EMBASSY OF AZERBAIJAN
Account/IBAN No: SA3745000000818086712081
Swift Code: SABBSARI
Bank: The Saudi British Bank
Qeyd: Yuxarıda göstərilən qaydada tərtib edilməyən sənədlər geri qaytarıla bilər. (Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun qaytarılmasına məsuliyyət daşımır.) Müvafiq qayıdış şəhadətnaməsini əldə etdikdən sonra hazırda yaşadığınız ölkənin aidiyyəti dövlət orqanına müvafiq qaydada müraciət etməyiniz xahiş olunur.; Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.
Hər hansı sualınız olduğu təqdirdə bizimlə əlaqə saxlamağa tərəddüd etməməyinizi xahiş edirik. Tel: +966 11 419 23 82