Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş pasportu
https://mfa.gov.az/az/category/azerbaycan-respublikasinin-xarici-olkelerdeki-diplomatik-numayendelikleri-ve-konsulluqlari-terefinden-gosterilen-xidmetler/umumvetendas-pasportu “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin Səfirlikdə tərtib edilib göndərilməsinə görə vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
- ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (ərizələrə şəxsin fotoşəkli də əlavə olunur)
(18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;
18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);
- vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsinin əsli (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
- Yeni pasportun verilməsi ilə bağlı konsulluq şöbəsində aparılan işlər ilə bağlı 25 ABŞ dolları məbləğində rüsum Səfirliyin hesabına ödənilməli və müvafiq qəbz təqdim olunmalıdır.
- BANK REQUISITES:
Beneficiary: EMBASSY OF AZERBAIJAN
Account/IBAN No: SA3745000000818086712081
Swift Code: SABBSARI
Bank: The Saudi British Bank
Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:
- qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
- valideynlərin razlılıq ərizəsi (valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd)
15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün https://gpp.az/az saytına daxil olaraq ödəməni həyata keçirmək mümkündür. (Sayta girdikdən sonra büdcə ödənişləri və daha sonra Daxili İşlər Nazirliyi bölmələrini seçin.)
Rüsumlar aşağıdakı kimidir:
- bir yaşınadək uşaqlar üçün - 10 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat.
Pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.
Etibarlılıq müddəti
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkə ərazisində olarkən ümumvətəndaş pasportunu itirərsə, və yaxud onun pasportun oğurlanarsa, yararsız hala düşərsə və etibarlılıq müddəti bitərsə, vətəndaş bu barədə dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verilməlidir.
Bu hallarda şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən bu şəxsin adına:
- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;
- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.
Azərbaycan Respublikası vətəndaşının Ümumvətəndaş pasportu
Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport-qeydiyyat idarəsi tərəfindən verilir. Bu pasportların etibarlılıq müddəti adətən 10 ilə qədər olur. Məlum olduğu kimi xaricdə yaşayan vətəndaşlarımızın etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya itmiş pasportlarının yenisi ilə əvəz edilməsi prosesini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu sahədə Daxili İşlər Nazirliyinin müvafiq strukturu ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə vətəndaşlarımız öz pasportlarını dəyişdirmək imkanlarına sahib olurlar.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Oman Sultanlığında yaşayan Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı sənədləri Səfirliyin Konsulluq şöbəsinə təqdim etməlidirlər:
18 yaşına çatmamış vətəndaşlara yeni ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlər:
- Düzgün qaydada doldurulmuş ərizə-anket forması (18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket)
(18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;
18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket);
- Dörd ədəd 3x4 sm ölçüdə rəngli (donuq/matoviy) fotoşəkil (ərizəçinin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır).
- Vətəndaş valideynlərindən hər hansı birinin pasportuna yazılıbsa, həmin pasportun əsli (qaytarılacaqdır) və 1-ci, 2-ci, 3-cü, 4-cü səhifələrinin surəti və konsulluq qeydiyyatı olan səhifənin surəti
- Valideynlərin şəxsiyyət vəsiqəsi, pasportları və iqamələrinin əsli (qaytarılacaqdır) və surətləri
- Nikah haqqında şəhadətnamənin əsli (qaytarılacaqdır) və surəti
- Vətəndaş valideynlərindən hər hansı birinin pasportuna yazılıbsa həmin valideyn tərəfindən yazılı ərizə
- Doğum haqqında şəhadətnamənin əsli (qaytarılacaqdır) və surəti
- Xəstəxanadan qan qrupu haqqında tibbi arayış və uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən arayış
- Valideynlərin razılıq ərizələri (Səfirlikdə yazılır və ya imzalanır)
- Yeni pasportun verilməsi ilə əlaqədar konsulluq şöbəsində aparılan işlər ilə bağlı 25 ABŞ dolları məbləğində rüsum Səfirliyin müvafiq (bank) hesabına ödənilməli və qəbz təqdim olunmalıdır: BANK REQUISITES:
Beneficiary: EMBASSY OF AZERBAIJAN
Account/IBAN No: SA3745000000818086712081
Swift Code: SABBSARI
Bank: The Saudi British Bank saylı hesabına ödənilməli və müvafiq qəbz təqdim olunmalıdır.
Qeydlər:
- Konsulluq şöbəsi vasitəsi ilə yeni pasportun rəsmiləşdirilməsi müddəti təqribən 2 aydır .
- Yuxarıda göstərilən qaydada tərtib edilməyən sənədlər geri qaytarıla bilər. (Bu halda konsulluq şöbəsi ödənilmiş rüsumun qaytarılmasına məsuliyyət daşımır.)