AZƏRBAYCAN - YƏMƏN RESPUBLİKASI

İkitərəfli münasibətlərin yaradılması:

 

Azərbaycanın müstəqilliyini tanıması  - 30.12.1991

AR ilə diplomatik əlaqələrin  qurulması  - 25.02.1992

Azərbaycanın SƏK-dəki Səfirliyi (iqamətgahı Ər-Riyad şəhərində olmaqla) Yəməndə akkreditə olunmuşdur  - 05.09.2006  
             
Yəmənin İrandakı Səfirliyi (iqamətgahı Tehran şəhərində olmaqla) Azərbaycanda akkreditə olunmuşdur

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

Azərbaycan ilə Yəmən arasında müqavilə-hüquq bazası mövcud deyil.

Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

2013-cü ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rasim Rzayev etimadnaməsini Yəmən Respublikasının Prezidenti Əbdu Rabbih Mənsur Hadiyə təqdim etmişdir.

2014-cü ilin 12-22 may tarixlərində Bakı şəhərində keçirilmiş neft-qaz istismarı sahəsində 5-ci ixtisasartırma kursunda Yəmən Respublikasından Neft hasilatı və kəşfiyyatı üzrə təşkilatın kəşfiyyat üzrə baş müdiri Adel Abdullah əl Hazmi iştirak etmişdir.

2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”da Yəmənin Gənclər və idman naziri Muammar Mutaher əl-Əryani, həmçinin Nəzmi Əbdülsalam Osman, Hüseyn Abdullah əl-Əhməd və Xalid Abdullah Zokari iştirak etmişlər.

Qeyd: Azərbaycan və Yəmən arasında parlamentlərarası işçi qrupu və Hökumətlərarası Müştərək Komissiya fəaliyyət göstərmir.

İqtisadi əməkdaşlıq:

Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında ticarət əlaqələr
(min ABŞ dolları)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

6,4

107,5

113,9

       101,1

2013

1,8

113,8

115,6

112

2014

-

174,0

174,0

-

Mənbə: AR Dövlət Statistika Komitəsi

Azərbaycan ilə Yəmən arasında ikitərəfli iqtisadi sazişlər, ticarət nümayəndəlikləri və hər iki tərəfin əsas özəl/dövlət şirkətləri mövcud deyil.

İkitərəfli əməkdaşlığın digər sahələri:

2014-cü ilin 5-18 iyul tarixlərində keçirilmiş Bakı Yay Enerji Məktəbində Yəmən Respublikasının neft şirkətinin nümayəndəsi iştirak etmişdir.

2014-cü ilin 7-15 sentyabr tarixlərində ADA Universitetində xarici diplomatlar və gənc tədqiqatçılar üçün təşkil edilmiş “Xəzər Hövzəsinin Araşdırılması” adlı kursda Yəmən Xarici işlər nazirliyinin birinci katibi Məhəmməd əl Sada iştirak etmişdir.

 

Son yenilənmə tarixi: 06 mart 2016-cı il

 

Arxiv üzrə axtarış